Rusiyada “fiziki şəxslərin iflası “” haqqında qanun qüvvəyə mindi”


Rusiyada "fiziki şəxslərin  iflası " haqqında qanun  qüvvəyə mindi
Rusiyada 500 min rubldan çox banklara borcu olan və bunu ödəyə bilməyən fiziki şəxsin özünü iflas elan edə biləcəyi qanun qüvvəyə mindi…Boclunu borc yükündən xilas edəcəkmi bu qanun…

Bu gün-oktyabarın 1-dən Ruisyada fiziki şəxslərin iflas olması haqqında qanun qüvvəyə minir. Qanuna görə banklara kredit ödəməyə imkanı olmayanlar özünü iflas olmuş elan edərək borc yükünü üzərindən götürə bilər. Əvvəllər “imkanı olmamaq (iflas olmaq)”” haqqında qanun yalnız hüquqi şəxslərə özünü iflas olmuş kimi göstərməyə imkan verirdi.

Artıq fiziki şəxsdən bu barədə ilk ərizə Tambov Arbitraj məhkəməsinə gəlib. Şikayətçi sifətində “”Altay məhsulları”” ASM göstərilir. Şikayətin təfərrüatı açıqlanmır.

Arbitraj məhkəməsi vətəndaşın iflas olması ilə əlaqədar proseduru onun borcu 500 min rublu aşarsa və ödəmə haqqında tələbi 3 ay ərzində həyata keçirilmədiyi təqdirdə başladıla bilər.

İflas etməsi ilə bağlı məhkəməyə vətəndaş özü, həmçinin iflas komissarı və ya səlahiyyətli orqan müraciət edə bilər. Bundan əlavə ümumilikdə borc öhdəlikləri 500 min rublu keçərsə, ( ödəmənin müddətinin çatıb-çatmamasından aslı olmayaraq) bir və ya bir neçə kreditorlara mümkün ödənişləri qalan kreditorlara ödəmək mümkün olmazsa, qanun vətəndaşı iflas olması haqqında Arbitraj məhkəməsnə müraciət etməyə məcbur edir.

Bundan başqa borclu vətəndaş özünün iflas etməsi barədə eyni ərizə ilə borcu 500 min rubldan az olub, lakin onu ödəmə müddətində ödəyə bilmədiyi surətdə də müraciət etmək hüququna malikdir. İflas komissarı və ya səlahiyyətli orqan da öz növbəsində iflas elanı haqqında ərizə ilə müraciət etmək hüququ var. Bir şərtlə ki, əlində kreditorun tələbini təsdiq edən və qanuni qüvvəyə minən məhkəmə qərarı olsun.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir