Rusiyada ilk dəfə fahişə ilə intim əlaqəyə görə cərimə


Rusiyada ilk dəfə fahişə ilə intim əlaqəyə görə cərimə
Rusiyada ilk dəfə müştəri fahişəyə görə cərimə olundu. Belqorod sakinini 5 min rub həcmində cərimə ödəməyə məcbur ediblər.

Gecə saat 01:00 radələrində polis patrul xidmətinin əməkdaşları bir gəncin fahişə ilə danışıb razılaşdığını ğörüblər. Asayiş keşikçiləri onları izləyərək bütün prosesi videolentə alıblar.

Polis həmin gənci 20 iyun 2012-ci ildə regional səviyyədə qəbul olunmuş qanundan irəli gələn inzibati cavabdehliyə cəlb edib. “Bu qanun- ciddi profilaktik ölçüdür”-deyə Belqorod vilayət daxili işlər idarəsinin mətbuat xidməti izah edib. “Bu təkcə fahişəlik işi yox, həm də cinayətə yol açandır. Bu qanun problemin həllində yardımşı olacaq. Belə ki, insan bir az artıq içəndə həmişə “Qəfil əxlaqsızlıq” etmək istəyində olur. Lakin cəriməni yadına salıb düşündüyündən vaz keçəcək”-deyə bildirilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir