Rusiyada mətbuatda “saxta informasiya yaymağa görə”” cəza qanunu gəlir”



Rusiyada  mətbuatda  "saxta informasiya yaymağa görə" cəza qanunu gəlir

Rusiyada cəmiyyətə və dövlətə ünvanlanan ədəbsiz ifadələr, təhqirlərə görə cəza qanunu yoldadır. Duma birinci oxunuşda sənədi qəbul edib. KİV-də dəqiqlədirilməmiş informasiya yayılmasına görə isə 1 milyon rubıa kimi cərimə cəzası gözlənilir. Prokurorluq əvvəl bu layihəyə qarşı çıxsa da, sonradan onunla razılaşıb.

Dövlət Duması mətbuatda saxta məlumatların yayılması üçün cəza tələb olunan qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin 336 nəfər lehinə, 44 nəfər əleyhinə səs verib.

Qanun layihəsində 3 min rubadan 5 min rubla qədər cərimə və informasiyanın “bir sutka içində”” blok edilməsi nəzərdə tutulur. Parlamentarilər layihəni 3 saatdan artıq müzakirə edib, bununla bağlı 20 deputat əsas məzruzəçi Lyudmila Bokovaya sual verib. Spiker Vladislav Volodinin sözlərinə görə bu ildə rekord sayda sual ünvanlanan layihədir. Layihənin müəllifləri israrla bildiriblər ki, saxta informasiyaların yayımlanması vətəndaşların təhlükəsizliyi və “”infrastruktur obyektlərinin fəaliyyəti”” üçün təhlükə yaradır. Onları dəstəkləyən “”yedinarosçular”” Avropa ölkələrinin nümunələrinə istinad edərək, bu ölkələrdə analoji qanuna görə daha sərt cəzalar tətbiq olunduğu və hətta cinayət məsuliyyətinə cəlb edildiyini bildiriblər. Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “”Yedinaya Rossiya”” partiyası nümayəndlərindən “”özlərini, ölkəni və kommunistləri “” qorumaq üçün qanunun qəbul olunmasını xahiş edib. Qanun layihəsi əleyhinə çıxan kommunistlər və “”spravrosçular”” onun quru və balanslaşdırılmamış olduğunu önə sürüblər.

Daha sonra millət vəkilləri internetdən ədəbsiz formada, hörmətsizliklə cəmiyyətə, dövlət simvollarına, RF Konstitusiyasına və hökümət orqanlarına ünvanlanan ifadələrə görə cavabdelik daşıyaraq 15 sutkalıq həbs cəzası verilməsini tələb edən iki qanun layihəsini birinici oxunuşda qəbul ediblər.

Qanun paketi Dövlət Dumasına 2018-ci il dekabrın 12-də senator Andrey Klişasın rəhbərlik etdiyi bir qrup millət vəkili tərəfindən təqdim edilmişdi. İnternet istifadəçiləri “”cəmiyyətə və dövlətə açıq şəkildə hörmətsizlik ifadə edərlərsə, onlara 15 sutkalıq həbs cəzası, KİV-də qeyri-dəqiq məlumat yayılmasına görə isə 1 milyon rubladək cərimə kəsiləcək.

Baş Prokurorluq və Rabitə nazirliyinin nümayəndələri Dövlət Dumasının İnformatika Siyasəti Komitəsinin geniş iclasında qanun layihələrini tənqid etmişdilər. Lakin sonradan Baş Prokurorluq öz fikrini dəyişdi. Hökumət bütün sənədləri dəstəklədi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir