Rusiyada qara çörək bahalanacaq


Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.

Qısa müddətli perspektivdə ticarət həcminin azaldığı təqdirdə covdarın tədarük qiymətləri artacaq. Yaxın aylarda onun bir tonu 500-700 rubla çata bilər. Qiymətin saxlanması fonunda məhsulun tələbatını məhdudlaşdıracaq. Buna Belarusiyadan çovdar ununun idxalı və çğrək istehsalçılarının çovdar ununu ikinci dərəcəli un ilə əvəzləməsi ilə kömək etmək olar “. Kənd Təsərrüfatı Təhlil Mərkəzinin modelləşdirmə və proqnozlaşdırma şöbəsinin müdiri Rudolf Bulavin hesab edir.

Mütəxəssislərin ortaya atdığı amillər bununla məhdudlaşdmır. Rusiya Çörəkçilər və Qənnadıçılar Gildiyasının prezidenti Yuri Katznelson artım a həmçinin mənzil- mənzil-kommunal xidmətlərinin tariflərinin, icarə qiymətlərinin artması, yanacaq-sürtgü məhsullarının və nəqliyyat xidmətlərinin, habelə qablaşdırmanın bahalaşmasının daha ciddi təsir edəcəyini söyləyir.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir