Rusiyada terror haqqında yalan məlumata görə cərimə artırılacaq


Rusiyada terror haqqında yalan məlumata görə cərimə artırılacaq
Yenises.ru-nun ITAR-TASS-a istinadən verdiyi xəbərə görə Rusiya höküməti terror haqqında yalan məlumata görə cəriməni artırmağı nəzərdə tutan qanun layihəsini baxılmaq üçün Dövlət Dumasına göndərib.

Söhbət 1 milyon rubldan artıq ziyan gətirən, bu kimi ağır nəticələrə səbəb ola biləcək məlumatlardan gedir. Hazırda partlayış, yanğın və bu səpkidən olan yalan məlumatlara görə 1,5 ildən 3 ilə qədər azdlıqdan məhrum edilmə cəzası tətbiq edilir.

Yeni layihəyə görə bu müddət 5 ilə kimi artırılacaq, bundan əlavə 200 min rubldan 500 min rubla qədər məbləğdə cərimə ödəməyə məcbur ediləcək.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir