Rusiyada vətəndaşların qeydiyyata düşmə qaydalarına dəyişiklik


Rusiyada vətəndaşların qeydiyyata düşmə qaydalarına dəyişiklik
Rusiya höküməti saxta qeydiyyata qarşı mübarizə çərçivəsində “rezin mənzillər” qanununa uyğun olaraq qeydiyyata düşmə qaydalarına dəyişiklik edib. Aidiyyatı sənəd nazirlər kabinetinin saytında dərc olunub.

Xatırladaq ki, hökümət “rezin mənzillərə” qarşı mübarizəyə keçən ilin sonunda başlamışdı. 2013-cü ilin dekabrında qəbul olunan qanuna əsasən RF və ya xarici vətəndaşı saxta qeydiyyata görə cərimə ya 3 ilə kimi məcburi iş və ya həmin müddətdə adazlıqdan məhrumetmə cəzası gözləyir.

Gəldiyi və yaşadığı yerdə qeydiyyata düşməyən vətəndaş inzibati cavabdehlik daşıyır. Qeydiyyata düşdüyü yerdə yaşamayan vətəndaşlar üçün 2 min rubldan 3 min rubl, onu qeydiyyata alan fiziki şəxslər üçün 2min rubldan 5 min rubl, səlahiyyətlilər üçün 25 min rubldan 50 min rubl, hüquqi şəxslər üçün 250 min ruldan 750 min rubla kimi cərimə hesablanır.

Moskva və Sankt-Peterburqda vətəndaşlar üçün cərimənin məbləği 3 min rubldan 5 min rubla, evinə qeydiyyata salan fiziki şəxslər 5 min rubldan 7 min rubla, səlahiyyətlilər 30 min rubldan 50 min rubla, hüquqi şəxslər isə 300 min rubldan 800 min rubla qədər olacaq.

“Dəyişiklik saxta qeydiyyat, bu sferada möhtəkirlik edənlər və firildaqçılıqla məşgul olan ev sahiblərinə qarşıdır”-deyə sənəddə bildirilir.

Qeydiyyatla məşğul olan orqanın qərarı ilə saxta qeydiyyatı aşkar edilən RF vətəndaşı qeydiyyatdan çıxarıla bilər.
Bundan başqa RF vətəndaşını qeydiyyata salma və çıxartmağa görə cavabdeh olan şəxslərin yeni siyahısı təsdiq edilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir