Rusiyada “Xoş gəldin, miqrant”” testi”


Rusiyada   "Xoş gəldin, miqrant"  testi
Miqrantların Rusiayada qalıb işləməsi üçün məcburi keçəmısi gərəkən testin şərtləri bu “xoş gəldin””nin daha çox yola salınanın arxasınca deyilən anlamda işlədiləcəyindən xəbər verir.

Belə ki, miqrantlar rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsaslarından imtahan verəcəklər.

Bununla bağlı Rusiyanın 5 ali məktəbi rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsaslarından imtahan verəcək miqrantları qəbul etməyə hazırdır.

Bu gün Rusiyada dünyanın 80 ölkəsindən gələn 2 miyondan artıq miqrant yaşayır. Bunlardan 800 mini Moskva və Moskvaətrafının payına düşür. Miqrantların ən böyük mərkəzləri Sankt-Peterbirq, Eyamerinburq,Vladivostokvə ölkənin cənub regionları sayılır. Miqrantların adaptasiya və inteqrasiya olunması, həmçinin qanunvericilik normalarına əməl etmələrinin təmini üçün RF-yə gələn və işləmək arzusunda olanlar imtahan verməyə məcbur olunacaqlar.

Rusiya höküməti miqrantalrın imtahanlarına cavabdehlik daşıyacaq ali məktəblərin siyahısının tərtib edib. Siyahıya M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MQU), Sankt-Peterburq Dövlət Universiteti, Xalqlar Dostlugu Universiteti (RUDN), A.S. Puşkin adına dövlət rus dili institutu, Rusiya Sakit Okean Dövlət Universiteti daxildir.

Testdən keçmək istəyələr nəyi bilməlidirlər? Miqrantlar Puşkin, Lermontov, Tolstoy, Dostoyevski, Çexov, Bulqakov, Mayakovskini öyrənməlidirlər. Bundan başqa Lenin, Stalin, Xruşşov, Brejnev, Andropov, Qorbaçovu tanımalıdırlar.
Rusiya tarixi sualları içərisində Ryurikoviç, Romanovlar sülaləsinə dəxli olan və digər tarixi əhəmiyyətli hadisələri, o cümlədən Krımın birləşdirilməsi də əksini tapıb.

Suallar arasında Rusiyanın bayrağının rəngləri, gerbinin şəkli, FMS-in qısaldılmış formasının açması da var. Miqrant Rusiyada nigahın harada bağlanmasını, o, ölkədən çıxarıla bilərmi, işə icazə vərəqəsindən ötrü necə və hara müraciət etməlidir kimi sualların cavabını bilməlidir.
Hətta Rusiyanın tanınmış elm, ədəbi, ictimai xadimlərini tanımalıdır. Bunlar Puşkinlə, Lermontovla məhdudlaşmır.

Test necə tərtib olunub və neçə suala düzgün cavab verə bilən miqrant imtahandan keçmiş sayılacaq kimi detallarsa hələ aydın deyil.

17 noyabrda RUDN-da miqrantların kompleks şəkildə testdən keçirilməsi işinə başlanacağı gözlənilir.

Miqrant əsasən əzbərdən nəyi bilməlidir?

• 988 il. – Rusiyada xristianlığın qəbulu.
• 1812 il. – Napelona qarşı Rusiyanın savaşı.
• 1825 il. – Dekabristlər üsyanı.
• 1861 il. – Kəndli hüququnun ləğv olunması.
• 1905 – 1907 illər. – Birinci Rusiya inqilabı.
• 1914 – 1918 illər. – Birinci dünya müharibəsi.
• 1917, fevral, noyabr- Böyük Rusiya İnqilabı.
• 1922 il. SSRİ-nin yaranması.
• 1941 – 1945 illər. – Böyük Vətən müharibəsi
• 12 aprel 1961 il. – dünyada ilk dəfə Rusiya kosmonavtı Yuri Qaqarinin kosmosa uçuşu.
• 12 iyun 1990 il. – RSFSR-in dövlət süverenliyi deklarasiyasının qəbul olunması.
• 1991 il dekabr – SSRİ-nin dağılması və yerində MDB-in yaranması.
• 12 dekabr 1993 il. – RF Konstitusiyasının qəbul olunması
• 1990 – 1999 illər.- Rusiyanın ilk prezidenti B.N.Yeltsin
• 2000 – 2008 illər. – prezident V.V. Putin
• 2008 – 2012. – prezident D.A. Medvedev.
• 2012 ildən hal-hazıra kimi V.V. Putin

Rusiya miqrantlara gəldiyin ölkədə yaşamağı və işə icazə vərəqəsi almağı bunları bilmədən haqq etməyəcəyini göstərir.

Əslində bununla Rusiya ölkəsində savadsız, yerli sakinlərlə əl-qol hərəkəti ilə danışan, aksenti ilə qıcıq yaradan miqrantı istəmir. “”Xoş gəldin, miqrant”” ifadəsinin iki başı var.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir