Rusiyada yaşayan azərbaycanlıar:Biz də onlarlayıq!


   Rusiyada yaşayan azərbaycanlıar:Biz də onlarlayıq!Xəbər verildiyi kimi keçən gün-iyunun 5-də saat 06:30 radələrində Ermənistan ordusu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə daxil olmağa cəhd ediblər. Əsgərlərimiz Vətən yolunda canlarını qurban verərək düşməni geri çəkilməyə məcbur ediliblər. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub.

Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, şəhid olan əsgərlər aşağıdakılardır:
Əliyev Amil Novruz oğlu (1988 Neftçala )

Əzizov Xalid Mətləb oğlu (1993 Şəki )

Bağırov Vahid İntiqam oğlu (1993 Ağsu)

Ataşlı Zülfüqar Vəli oğlu (1993 Cəlilabad )

İsmayılov Elçin Əlövsət oğlu (1993 Yevlax )
Rusiyada yaşayan azərbaycanlılar və “Yeni səs “ kollektivi adından şəhidlərimizə Allahdan rəhmət diləyir, həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı veririk! Allah rəhmet eləsin!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir