Rusiyada Yeqovaçı soydaşlarımız


Rusiyada Yeqovaçı soydaşlarımız
“SEKTALARIN TƏBLİĞATI SOYDAŞLARIMIZ ARASINDA PARCALANMAYA SƏBƏB OLA BİLƏR

Azərbaycanda fəaliyyəti geniş yayılmış “Yeqova şahidləri ” sektası Rusiyada azərbaycanlıların kompakt yaşadığı yerlərdə güclü təbliğatla məşğuldur. Bu missioner təşkilatın təsiri altına saldığı soydaşlarımızın sayı isə günbəgün artır.
Sankt-Peterburq şəhərində kucəbəkücə gəzərək, müxtəlif təbliğat vasitələri ilə insanları sektaya cəlb edən missionerlər yerlilərələ yanaşı, burada yaşayan qeyri-rusları da öz toruna salmağa muvəffəq olurlar. Butun bunları təsadüfən tanış olduğum sekta üzvündən öyrəndim. Söhbət zamani cəmiyyətin böyük əksəriyyətinin azərbaycanlı olduğunu deyən qadının sözərinə əvvəlcə şübhə etsəm də, araşdırdıqda narahatlıq doğuran həqiqətlər ortaya cıxdı…

TORA DÜŞƏN ƏSASƏN QADINLARDIR

…Qadına cəmiyyətlə maraqlandığımı dedim. Özünü Olqa kimi təqdim edən qadının cantasından cıxardığı kitab, jurnal və broşuralar marağımı bir az da artırdı. “Burada həm rusca, həm sizin dildə kitablar var, oxuyarsan, cox maraqlıdır”. Sonra “öz dilinizdə hansı əlifba ilə oxuyursan, kirillə yoxsa latin qrafikası ilə?” Bu sual artiq təbliğatın hansi səviyyidə getdiyini acıq-aydin göstərirdi.

Qadınla əlaqə saxlamaq, oradaki həmyerlilərimlə tanış olmaq istədiyimi bildirdim. Bir necə gündən sonra bunları öyrəndim: Sekta üzvlərinin toplaşdığı yalız bircə ünvanda 70 nəfərdən 50-si, əksəri qadın olmaqla azərbaycanlılardır. Onlarla işləmək üçünsə, xüsusi vəzifəlilər var ki, Azərbaycan dilini yaxşı bilir və səlist danışırlar. Həmcinin, öyrəndim ki, sekta insanları cəlb etmək ücün onlara maddi, tibbi yardım göstərir. Üzvlüyünü qəbul edib, sadiqliyinə and icəndən sonra isə insanlar tədricən bu təşkilatdan asılı vəziyyətə salınır və qarşılarına qoyulan şərtləri yerinə yetirməyə məcbur edilirlər. Məsələn, insanların sektaya cəlb edilməsi ücün hər bir üzvün “payına” müəyyən sayda adam düşür ../

GİZLİ ŞÜAR: “YEQOVACILARDAN BAŞQA HAMI MƏHVƏ MƏHKUMDUR!”

Bu sektanin adı artıq Azərbaycanda hamıya tanışdı.Cünki, bu və onun kimi onlarla missioner təşkilat ölkədə maneəsiz olaraq fəaliyyətdədir və artıq yüzlərlə insanı öz təsiri altına salıb. İlk görünüşdə onlar dini təbligatla, insanlara maddi, mənəvi hətta tibbi(?!) yardım göstərməklə məşğuldurlar. Lakin, xristian ölkələrinin əksəriyyətində, o cümlədən Avopada kilsələrin vəziyyətinin bərbad olduğunu nəzərə alsaq sual yaranır: Hansi xristian ölkəsi bu qurumu dininin təbligi ücün maliyyələşdirir? İsrail və Almaniyada nəfis şəkildə cap olunan nəşrlərin hər birinin tirajı 25-40 milyon olmaqla, dünyanın 160-dan cox dilinə tərcümə olunan, milyonlarla audio-video, CD və MP3 variantlarının yayılması hansı maliyyə mənbələrinin işi və hansı maraqların nəticəsidir?

Bu suallarla, sekta ilə bağlı mənbələri araşdıranda ortaya daha maraqlı, eyni zamanda ciddi məlumatlar cıxır.
Məlumatlara görə, bu sektanin fəaliyyəti Avropa ölkələrinin əksəriyyətində, həmçinin, Amerikada qadağan olunub. Baxmayaraq ki, sektanin maliyyəsi məhz həmin ölkələrdən gəlir və qurum elə ilk dəfə Amerikada yaranıb. Təşkilatın tarixinə nəzər salaq:

“Yeqova şahidləri” sektası Nyu-Yorkda amerikalı Carlz Rassel tərəfindən XİX əsrin 70-ci illərindən yaradılıb və fəaliyyətə, özündə dini və siyasi elementləri əks etdirən çıxışlarla başlayıb. İdeologiyasının əsasını isə yəhudi xalqının Fələstinə qaytarılması və digər xalqları özlərinə tabe etmək olub. Gizli şüarlarından biri:”sekta üzvlərindən başqa hamı məhvə məhkumdur”.

Bu ideyanın yaradıcısı olmasalar da (bəzi mənbələrdə oxşar ideyanın tarixinin II-III əsrlərə aid olduğu bildirilir), İX əsrdən etibarən Yeqovacılar tərəfindən həyata kecirilir. İdeyanın davamcısı olaraq, Rassel iddia edib ki, onun zəhməti müqəddəs kitabdan yuksəkdir, özü isə Allah tərəfindən secilmiş müəllimdir.

1912-ci ildə Şimali Amerika Ştatlarının birində məhkəmə Rasseli ifşa edir.”Müqəddəs kitab”ı əzbər bildiyini iddia edən “müəllim” məhkəmə zalında bu barədə suallara cavab verə bilmir…

HƏDƏF HƏM DƏ MÜSƏLMANLARDIR

SSRİ dağıldıqdan sonra, sözügüdən sektanın Rusiyada və MDB ölkələrinə sürətli axınını politoloqlar belə dəyərləndirib:”Kommunistlər yıxılandan sonra Amerikanın bir düşməni qalır-rus provaslavları”. Amma bu gün sektanın həm də müsəlman ölkələrində cicəklənən fəaliyyəti hədəfin təkcə provaslavlar olmadığını göstərir. Sektanın üz tutdugu həm də ücüncü dünya ölkələridir. Sovetlər dagılandan sonra isə asasən “Yeqova şahidləri” kütləvi axını yeni müstəqillik əldə etmiş, iqtisadi cəhətdən zəif ölkələrdə olduğu müşahidə olunur. Bu sırada müsəlman ölkələri daha problemli görünür. O cümlədən Orta Asiya və Azərbaycan… Demək hədəfdə həm də musəlman ölkələridir. Onu da qeyd edək ki, qonşu Gürcüstanda fəaliyyəti qadagan olunsa belə, sekta xüsusilə azərbaycanlılar yaşayan bölgələrdə fəaliyyətlərini davam etdirir.

“SEKTALARIN TƏBLİĞATI SOYDAŞLARIMIZ ARASINDA PARCALANMAYA SƏBƏB OLA BİLƏR”

Azərbaycanda bir sıra qurumlar və din adamları dəfələrlə belə sektaların fəaliyyətinin milli maraqlarımıza təhlukəsi barədə çıxışlar və çagırışlar edib. Hətta bu sektaların xarici ölkələrin, o cümlədən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə də məlumatlara rast gəlmək olur.

Sankt-Peterburqda fəaliyyət göstərən “Əhli-Beyt” Dini-Mədəni Cəmiyyətinin ruhanisi, Niyaməddin Babayev Rusiyada həmvətənlərimizin missionerlərin təsiri altına düşməsinə münasibət bildirərkən qeyd edir ki, soydaşlarımiz daha cox öz dinləri barədə məlumatsızliğının nəticəsi olaraq belə sektalara cəlb olunur, təbliğatlara uyurlar. “Bildiyimiz kimi vətənimiz müsəlman ölkəsidir. Azərbaycan vətəndaşının ürəyində din, dini dəyərlər kök atıb. Baxmayaraq ki, əksər hallarda dəqiqliyi ilə bu inanca, onun prinsplərinə əməl olunmur. Buna görə də bəzən bu insanlar mənəvi ehtiyac hiss edirlər. Məlumatlı insanlar bu mənəvi-dini ehtiyaclarını doğru yolla ödəməyə çalışırlar. Amma müsəlman mühitindən uzaq olan, çox da məlumatı olmayan vətəndaşlar bu mənəvi ehtiyaclarını bəzən səhv yolla təmin edirlər. Ona görə ki, dini savadlarının olmamasından onlar üçün haqq din, batil din anlayışı yoxdur. Buna əsasən də çox rahat formada missyonerlərin təsirinə düşür, onların bir üzvünə çevirilirlər”.

N. Babayev qeyd edir ki, adı cəkilən sekta təbliğatını əsasən psixoloji təsir vasitələrindən istifadə edərək, onları təsir altına ala bilir “ Sektanın təbliğatının daha çox insanların emosiyalarına, psixologiyasına təmərküzləşməsi bu prosesi daha sürətləndirir. Onların kitab və jurnallarına, saytlarına dəqqət etdikdə görürük ki, bütün insanalrın üzündə təbəssüm var və hər kəsdən xoşbəxt bir obraz yaradılıb. Hamı şəndir, təbiətin qoynunda asudə həyat sürür. Naşı adamı bu oxudugu mətnlər, gördüyü şəkillər, videolar tez aldadır, həqiqətən sapındıdır. Elə düşünür ki, gerçəkdən onlar xoşbəxtdirlər, xilas olublar. Amma əslində belə deyil. Bütün bunlar məlumatsız insanalrı özülərinə cəlb etmək üçün bir ssenaridir. Demək, soydaşlarımızın da bu addımı atmağa sövq edən ən başlıca səbəb öz dininin gözəlliklərindən, incəliklərindən xəbərsiz olmalarıdır. Bu təriqətə üzv olanlar bilməlidirlər ki, onların əvvəlki dinləri-İslam dini sözün əsl mənasında xoşbəxtlik vəd edir-həm dünya və həm axirət xoşbəxtliyi. Bunu bilmək üçün Quranı oxumaq, hz. Məhəmmədin (s), imamların (ə) həyat tərzin öyrənmək lazımdır ”.

Cəmiyyət sozcüsunun fikrincə, soydaşlarımızın missioner qurumların təsiri altina olması təkcə dinindən uzaqlaşmasi, missionerlərin alətinə cevrilmələri ilə deyil, millət kimi parcalanmasəna, hətta onların şəxsi həyatlarında da öz fəsadlarını göstərir. “Ailə üzvlərinin başqa-başqa inanca malik olması həm də onların fəqrli düşünmək və yaşamaq anlamına gəlir. Belə olan halda ailədə fərqli baxışlar yaranır, münaqişələr, mübahisələr artır və çox vaxt da ailənin dagılması ilı nəticələnə bilər. Həmçinin bu soydaşlar arasında parçalanmaya da səbəb ola bilər. Məsələn, hansısa bir milli dəyərə və ya vətən anlayışına fərqli yanaşma qarşudurma yarada bilər”.

N. Babayev əlavə edir ki, “Əhli-Beyt” Cəmiyyətini də sözügedən problem cox narahat edir və bacardıqları qədər soydaşlarımıza öz dinlərini təblig etməklə yardımcı olmağa calışırlar. “ Görülməli işlər çoxdur. Ən başlıcası daha ənənəvi formada yox müsair metodlardan istifadə edib dinimizin təbliğinə çalışmalıyıq. Həm də təbliğimizdə bir peşəkarlıq olmalıdır. Daha həssaslıqla, daha dəqiqliklə və eyni zamanda rəqiblərin metodları nəzərə alınmaqla fəaliyyət göstərməliyik”.

Azərin
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir