Rusiyalı baş məşqçi intihar etdi


Rusiyalı baş məşqçi  intihar etdi
London Olimpiya oyunlarında yaxşı nəticə əldə etməyn Rusiya boleybol komandasının baş məşqçisi intihar edib. Bu haqda Türkiyə KİV-i məlumat verib.

Rusiya qadın Milli voleybol komandasının baş məşqçisi, eyni zamanda Rusiya qadınlar superliqasında “Dinamo” Moskva komandasına məşqçilik edən Sergey Ovçinnikovun intihar nəticəsində ölüyünü bildirilir.

2012-ci London Olimpiya oyunlarında komandasının yer tutmamasında suçlandırılaraq Rusiya mediasında və valeybol cameəsində tənqid edilən Ovçinnokov “Dinamo” Moskva komandası ilə Xorvatiyada təlim düşərgəsində idi. Bu vəziyyəti və suçlamaları özünə sığışdırmayan baş məşqçi təlim keçdikləri yerin otelinin vanna otagında özünü asaraq intihar edib.
Voleybolx.com-un məlumatına görə Sergey Ovçinnikovun intihar edib ölməsi xəbərini Rusiya Federasiyası bütün dünyadan gizlədib.

“Dinamo” Moskova voleybol komandasının baş məşqçisinin ölümü haqqında Rusiya saytları onun həyatdan vaxtsız köçdüyü haqqında yazıb. Ölümünün səbəbi barədə isə məlumat verməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir