Rusiyalı deputat bloqqeri duelə çağırdı


Rusiyalı deputat  bloqqeri duelə  çağırdı
İtalyada istirahətdə olan Volqoqradın deputatı Aleksey Navalnını duelə çağırdı.

“Yedinaya Rossiya”nın Volqoqrad vilayət Dumasının deputatı Aleksey Popkov məşhur bloqçu Aleksey Navalnıya “donuz ” adlandıraraq onu duelə çağırdı.

“Bu vətəndaşın təhqirləri məni yorub, ona görə də onu yerinə oturtmalıyam. Mən Navalnıyı təkbətək duelə çağırıram. Təhqir etməyə o başladığı üçün silah seçimi və yer müəyyən etmək mənə qalır. Mən Volqoqraddaki boks rinqini seçirəm”- deyə Popkov xüsusi videomüraciətində deyib.

Navalnıy bloqunda qoyduğu Andrey Popkovla olan videoda “ Yedros (Yedinaya Rossiya) donuzu da yalan deyir” yazıb. Bundan qəzəblənən Popkov Navalnıyı 11 avqustda təkbətək döyüşə çağırıb.

“Mən ona məşq edib hazırlaşmağa vaxt verirəm….Əgər bu təkbətək döyüşdən Navalıy qaçarsa , onda o qorxaq və qızdır”-deyə deputat vurğulayıb.

Navalnıy deputatın şağırışını qbul edəcəkmi? İndi bütün gözlər Navalnıyda.Ya ünvanına söylənənləri qəbul edəcək, ya da …

Prezidentin təklif etdiyi “böhtan və təhqir haqqında qanunu”ndan bəhrələnmək istəməyən “yedinorosçu” dədə-baba qaydasına üz tutub. Rusiya yeni bir siyasi şouya imza atmaq ərəfəsindədir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir