Rusiyalı iş adamları Şuşanı ziyarət ediblər
2022-ci il Azərbaycanda Şuşa ili elan olunub. Hələ təhlükəsizlik baxımından o cənnət güşəmizi kütləvi ziyarət etmək mümkün olmasa da hər azərbaycanlı üçün işğaldan qurtarılmış doğma torpağa getmək, yenidən görmək istəklərin başında gəlir. Şuşa ilində əslən Qarabağdan olan Rusiyada yaşayan iş adamları bu özləmlərinə son qoyaraq musiqinin, mədəniyyətin beşiyi olan doğma yurdu ziyarət ediblər.

Rusiyadan olan iş adamları- Şəmsəddin Yussifov və Nadir Bayramova bu səfərdə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev və Uğur Nuri yoldaşlıq edib. Üç onillik məcbiri ayrılıqdan sonra onlar istəklərinə qovuşaraq Şuşa qalası, Şuşa məscidi, Cıdır düzü və digər yerləri gəziblər.

“Heç zaman inanmaqdan vaz keçməyərək ora bir gün dönəcəyimizə əmindik. Amma zaman keçdikcə bu bir az uzaq xəyal kimi görünürdü. Xəyallarımızı gerçəkləşdirən, doğma torpaqlarımızın havasını udmağı bizə nəsib edən başda Ali Baş Komandan olmaqla, müqəddəs yurdlarımız üçün canından keçən Şəhidlərimizə, yaralanan Qazilərimizə, soyuğa-şaxtaya baxmayaraq keşikdə dayanan Əsgərlərimizə minnətdarıq” –deyə sevincini paylaşır Şəmsəddin Yusifov.

44 günlük tarixi savaşda dəstəklərini əsirgəməyən Rusiyalı soydaşlarımız onlara bu şəraiti yaradanlara xüsusi təşəkkür edirlər. Geri qaytarılan dədə-baba torpaqlarımızda başlanan abadlıq işlərində də yaxından iştirak edəcəklərini söyləyirlər.

Şəmsədddin Yusifov Şuşa səfərindən sonra təəssüratını qısaca belə dilə gətirib. “ Nə çox ağlamışıq bu kəlməyə, -“Görən Şuşa yerindəmi” –həsrətli naləsinə. Şuşa yerindədir, yerində görməyə getdik!”
Yenises.ru