Rusiyalı iş adamları Şuşanı ziyarət ediblər


2022-ci il Azərbaycanda Şuşa ili elan olunub. Hələ təhlükəsizlik baxımından  o cənnət  güşəmizi  kütləvi ziyarət etmək mümkün olmasa da  hər  azərbaycanlı üçün  işğaldan qurtarılmış  doğma torpağa getmək, yenidən görmək  istəklərin  başında gəlir.  Şuşa ilində əslən Qarabağdan olan Rusiyada yaşayan iş adamları bu özləmlərinə son qoyaraq  musiqinin, mədəniyyətin  beşiyi  olan doğma yurdu ziyarət ediblər.

Rusiyadan olan iş adamları-  Şəmsəddin Yussifov və Nadir  Bayramova bu səfərdə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev və Uğur Nuri yoldaşlıq edib. Üç onillik məcbiri ayrılıqdan sonra onlar  istəklərinə qovuşaraq Şuşa qalası, Şuşa məscidi, Cıdır düzü və digər  yerləri gəziblər. 

“Heç zaman inanmaqdan vaz keçməyərək  ora bir gün dönəcəyimizə əmindik.  Amma  zaman keçdikcə  bu bir az uzaq xəyal kimi  görünürdü.  Xəyallarımızı gerçəkləşdirən, doğma torpaqlarımızın havasını udmağı bizə nəsib edən başda  Ali Baş Komandan olmaqla,  müqəddəs yurdlarımız üçün   canından keçən Şəhidlərimizə, yaralanan Qazilərimizə,  soyuğa-şaxtaya baxmayaraq keşikdə dayanan Əsgərlərimizə minnətdarıq” –deyə sevincini  paylaşır  Şəmsəddin Yusifov.

44 günlük tarixi savaşda  dəstəklərini əsirgəməyən Rusiyalı soydaşlarımız onlara bu şəraiti yaradanlara   xüsusi təşəkkür edirlər. Geri qaytarılan dədə-baba torpaqlarımızda başlanan abadlıq işlərində də yaxından iştirak edəcəklərini söyləyirlər.

Şəmsədddin Yusifov  Şuşa səfərindən sonra təəssüratını qısaca belə dilə gətirib. “ Nə çox ağlamışıq bu kəlməyə, -“Görən Şuşa yerindəmi” –həsrətli naləsinə.  Şuşa yerindədir, yerində görməyə getdik!”

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir