Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni başlıca düşmənləri hesab edirlər


Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni  başlıca düşmənləri hesab edirlər
“Levada-senter””in müxtəlif ölkələrə münasibətlə bağlı keçirdiyi sorğuyu rusiyalılar belə cavablandırıblar. Sorğunun nəticələrinə görə ən başlıca düşmən kimi 72 faizlə Amerikanı görürlər. İkinci yerdə düşmən ölkə kimi Ukrayna dayanır. Sorguda iştirak edən rusiyalıların 48 faizi Ukraynaya neqativ münasibət bəsləyir. Ücüncü yeri isə 19 faizlə Türkiyə paylaşır. Qeyd edək ki, keçən il rəyi soruşulanların yalnız 1 faizi Türkiyəni düşmən ölkə sayırdılar.

Rusiyalılar ən başlıca müttəfiq-dost saydığı ölkələr sirasinda isə Belorusiya (50%) birinci , Qazaxıstan(39%) ikinci, və Çini (34%) üçüncü yerdə durur. Baxmayaraq ki, Çini ötən il dost hesab edənlər daha çox-43 faiz idi.

Rusiyalıların çoxu ABŞ (70 faiz) və Avropa İttifaqına (62 faiz) neqativ yanaşırlar. Bu gün sadəcə ölkə vətəndaşlarının 24 faizi Rusiyanın Avropa İttifaqına daxil olmasini dəstəkləyir. 2009-cu ildə belələri 53 faiz təşkil edirdi.

“”Vedomosti”” qəzetinə müsahibəsində politoloq Dmirti Oreşkin bildirib ki, rusiyalıların müxtəlif ölkələrə münsibətlərinin formalaşmasına televiziyalar böyük təsir göstərir. Nəzərə alın ki, onların çox hissəsi heç zaman xaricdə olmayıblar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir