Rusiyalılara qarşı sanksiya çağırışına görə cinayət məsuliyyəti


RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin rusiyalılara qarşı sanksiya çağırışına görə  cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyünü  bildirib. Bu haqda İnterfaks-ın xəbərində deyilir.

“Birinci oxunuşda qəbul edilən qanun layihəsinin ikinci oxunuşunda Cinayət Kodeksi maddəsinə baxmaq olar. Bu tipli hərəkətlərə görə çox sərt cəza tətbiq edilməlidir”-deyə jurnalistlərin suallarını cavablandırarkən V. Volodin deyib.

O, həmçinin Korrusiyaya qarşı müvarizə fondunun (FBK) ABŞ prezidenti Co Baydenə bir neçə  Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edilməsi  müraciətini də  şərh edib. Duma spikerinin  fikrincə,  “yardım üçün xaricə müraciət edilməsinə  iqtisadiyyatımıza vurulan zərbə kimi”  baxılmalıdır.  

Bu ərəfələrdə- yanvarın 31-də  senator Vladimir Cabarov da FBK-nın bu çağırışını  dövlətə xəyanət adlandırmışdı. O, həmçinin Federal Təhlükəsizlik Xidməti (FSB) bə Baş Prokurorluqdan fondun sədrinin deyiminə diqqətə almağı xahiş etmişdi.

 Bur müddət Əvvəl  FBK  Baydendən Putinə yaxın 35  yüksəkçinli rus məmuruna qarşı sanksiya tətbiq edilməsini xahiş etmişdi. Onların sırasında binesmen Poman Abramoviç, səhiyyə naziir Mixil Muraşko, FSB-nın başçısı Aleksandr Bortnikov, Prezidentin mətbuat katibi Dmitri Peskov və başqaları var.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir