Rusiyalılara Suriyadan öz hesablarına çıxmağı təklif edirlər


Rusiyalılara Suriyadan öz hesablarına çıxmağı təklif edirlər

Ukrayna, Qazaxıstan və Moldova öz vətəndaşlarının Suriyadan çıxarılmasını sürətləndirib. Rusiya höküməti isə hələ ki, tələsmir. Putinə məktubunda Rusiyalılar Suriyadan öz cibi hesabına dönmək imkanında olmadığını yazırlar. Pulsuz da dönmək olar və hələ ki, bu bir adama müyəssər olub.

Yenises.ru-nun “Kommersant””a istinadən verdiyi xəbərə görə RF Fövqəladə Hallar Nazirliyi istənilən vaxt Rusiya vətəndaşlarını gətirməyə hazır olduğunu qeyd edir. Dəməşqdəki Rusiya səfirliyindən verilən məlumata görə diplomatik korpusun qeydiyyatında on minlərlə rusiyalının olduğu göstərilir. Amma bu rəqəm daha çox ola bilər. Çünki bir çoxları özləri haqqında məlumatı səfirliyə verməyiblər. Qızğın döyüşlər gedən Allepo şəhəri Rusiya diasporunun olduğu bölgələrdəndir. Hazırda orada Putinə müraciət üçün imza toplanmağa başlanıb.

Allepodan Dəməşqə uçmaq olar. Amma bir çox rusiyalıların bilet almağa pulu yoxdur (biletin qiyməti 20 min rubdan başlayır). Onlar məktublarında “Aeroport yolunun işğal edildiyini, dolayı yolun isə təhlukəsiz olmadığını, hücum edib atəş açdıqlarını qeyd edirlər. Türkiyə sərhəddi də tutulub və ora yol da təhlükəlidir. Konsulluqdan verilən cavab isə budur: hər şey normaldır, nəzarətimiz altındadır, təhlukə yoxdur”. Bunlar Putinə ünvanlanan məktubda deyilir.

Bu həftə Rusiya höküməti rəsmi olaraq Suriyanın son dərəcə fövqəladə və silahlı münqişə vəziyyətində olduğunu təsdiq etdi. Bi az əvvəl isə onlar Suryadakı vəziyyəti çətin ictimai-siyasi durumda olan kimi qiymətləndirirdilər.
Kreml sakitliyi saxlamağa çağırır. “Evakuasiya qərarını qəbul etmək bir çox faktorlara bağlıdır”-deyə prezidentin mətbuat katibi Dmitri Peskov aydınlaşdırıb.Əgər köçürmə məqsədəmüvafiq olarsa, bütün lazımi ölçülər götürülüb, sözsüz ona əməl ediləcək. Amma hələlik bu haqda söhbət getmir”- mətbuat katibi bildirib.

Bir rusiyalıya Suriyanı öz hesabına olmadan tərk etmək müyəssər olub. O evakuasiya elan olunmazdan əvvəl beynəlxalq Miqrasiya təşkilatına ərizə ilə müracət edib və ona bir tərəf üçün bilet pulu ödəyiblər-deyə yazıb “Kommersant”.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir