Rusiyanın ən “sərxoş”” şəhəri Saratovdur, ən “”ayıq”” şəhəri Kazandır”


Rusiyanın ən "sərxoş" şəhəri Saratovdur, ən "ayıq" şəhəri Kazandır
Rusiyanın 25 şəhərində keçirilən sorğuya görə ən çox spirtli içki içən Saratovda, ən az isə Kazandadır.

Rusiyada hansı regionun insanlarınn daha çox spirtli içki qəbul etməsini araşdırmaq üçün sosial sorğu keçirilib. Federal səviyyədə reallaşdırılan sorğunun nəticələri barədə ZOOM MARKET agentliyinin məlumatına görə Saratov vilayəti bu siyahıda birinci yeri tutur.

İkinci yerdə Xantı-Mansiysk, üçüncü yerdə isə Perm vilayəti durur. Top 10-luğa Saransk, Krasnoyarsk, Çita, Rostov-Don, Çelyabinsk, Xabarovsk və Novokuznets daxildir.

Bu siyahıda Sankt-Peterburq 11-ci, Moskva isə 16-cıdır. Reytiniq cədvəlini 25-ci yerlə Kazan bağlayır.

Sorğu iştirakçılarına üç sual ünvanlanıb. “Siz spirtli içki qəbul edirsinizmi?””, “”Siz mütamadi olaraq spirtli içki içirsinizmi?””, “” Siz bu gün spirtli içki içmisinizmi (və ya içməyi planlaşdırırsınızmı)?””. Sorğu şəxsi müsahibə şəklində Rusiyanın 25 şəhərində keçirilib. 19 -73 yaş həddində olan respondetlərdən ümumilikdə 3250 müsahibə alınıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir