Rusiyanın “qara siyahısı”” ətrafında qalmaqal”


Rusiyanın "qara siyahısı" ətrafında qalmaqal
Rusiya Avropa Şurası ölkələri səfirliyinə ərazisinə gəlməsinə qadağan edilən şəxslərin siyahısını verib. Avropa siyasətçiləri, məmurları və hörbuçilərinə tətbiq eilən sanksiya analoji olaraq AŞ tərəfindən verilən sanksiyaya cavabdır. Bununla yanaşı Rusiya qara siyahıya düşənləri açıqlamaq istəməyib, onu AŞ-nın Moskvadakı nümayəndəliklərinə təqdim edib.
Siyahının sürəti Avropa KİV-nin sərəncamına verilib. Ayrılıqda Finlandiyanın Yle teleşirkəti qara siyahını dərc edib. Siyahıya 89 ad daxildir: Bunlar Avropa parlamenti və AŞ qanunverici orqanlarının, hərbçi və kəşfiyyat strukturlaırnın, ictimai xadimləridirlər. Çoxları Baltik, Polşa, İsveç və Böyük Britaniya ölkələrindən olanlardır.

Bundestaqın deputatı Karl Georq Vellmanla bağlı hadisədən sonra AŞ Moskvadan Rusiyaya gəlməsinə qadağa qoyulanların adının açıqlanmasını xahiş edib. Vellman ötən bazar günü Şeremetyev aeroportuna üçüb. Federasiya şürası beynəlxalq komitəsinin başçısı Konstantin Kosaçev və prezidentin məsləhətçisi Sergey Qlazyevlə görüşə gələrkən sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. Aeroportda alman siyasətçisinə bildiriblər ki, 2019-cu ilə qədər onun RF-na girişinə yasaq qoyulub.

Qərb ölkələrindən fərqli olaraq Rusiya qara siyahıya saldığı adamların adını elan etməyib. Xaricilərə səfərdən əvvəl öz ölkələrindəki Rusiya səfirliyinə müraciət etməyi məsləhət görüb. Rusiya XİN başçısının müavini Aleksey Meşkov Moskvanın bilərəkdən siyahıda olanların adını yaymadığı siyasətini apardığını deyib.

Buna baxmayaraq siyahıdakı bir sıra adlar bu ərəfədə məlum olub. Estoniyadan sabiq xarici işlər naziri Kristina Oyuland, müdafiə qüvvələrinin komandiri Rixo Terras, onun müavini Artur Tiqanik, müdafiə dəstlərinin komandanı Kaytseliyt, briqada generalı Meelis Kiyli, polis təhlükəsizlik departamentinin baş direktoru Arnold Sinisalu, Ədliyyə naziri
və keçmiş müdafiə naziri Urmas Reynsalu, avroparlamentin deputatı Tunne Kelam və Estoniyanın müdəfiə sənayesi işlərinin rəhbərlərindən biri Andres Parve.

Almaniya Federativ Respublikasından bundestaqın XDS/XSS fraksiyasından Mİxael Fuks, deputat Karl Georq Vellman, avroparlamentin “yaşıllar”” fraksiyasının deputatı Rebekka Harms və Daniel Kon-Bendit, müdafiə nazirliyinin katibi Katrin Zuder və başqaları.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer avropa siyasətşilərinə sanksiya tətbiq etdiyi üçün rəsmi Moskvanı pisləyib. “”Mən bu tipli qadağa təcrübəsini ağıllı hesab etmirəm””-deyə Ştaynmayer söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir