Rusiyanın Suriya sərhəddinə yerləşdirdiyi S-400 hava hücumundan müdafiə qurğusunun ixtiraçısı azərbaycanlıdır


Rusiyanın Suriya sərhəddinə yerləşdirdiyi S-400 hava hücumundan müdafiə qurğusunun ixtiraçısı  azərbaycanlıdır
Rusiyanın hava hücumlarından müdafiə qurğusu S-400 Trimuf-un ixtirasına imzasını atanlardan birinin azərbaycanlı olması haqda məlumatı Lider televiziyasının Moskvadakı nümayəndəsi Anar Həsənov verib.

11 ilə yaxın Rusiya hava hüdudalarının müdafiəsi ona etibar edilib. Söhbət 2000-ci ildə Rusiya hava hücumlarından müdafiə sistemi istehsalı zavodu- “Almaz”ın direktoru İqor Rauf oğlu Aşurbəylidən gedir.

26 yaşında aspirant olaraq Bakıdan Moskvaya gələn İqor Aşurbəyli 36 yaşında Rusiyanın Putinin təyinatı ilə “Almaz” zavoduna baş direktor təyin edilib.

O, Anar Həsənovla söhbətində zavoda başçılıq etdiyi illərdə ən böyük uğuru kimi zavodun baş konstruktoru ilə birlikdə Qeyd edək ki, bu gün Rusiyanın Suriya sərhəddinə yerləşdirdiyi hava hücumundan müdafiə sistemi- S-400 Triumfun istehsalı və Rusiya ordusuna daxil olması onun adıyla bağlıdır.

İqor Aşurbəyli zadodun baş kosmik konstruktoru ilə birgə bu ixtiraya 7 il vaxt sərf etdiyini söyləyib.

Hava hücumundan müdafiə sistemi S-300 favoritin Azərbaycana verilməsində də onun xidməti var. Lider-in nümayəndəsi ilə söhbətində:, -“S-300 –ün Azərbaycana verilməsi haqqında məlumat dolaşanda ermənilər məni Azərbaycan lobbisiylə əlbir olduğumu deyir və ölümlə hədələyibər”-deyib.

İqor Aşurbəyli həmin ərəfədə bu söz-söhbəti kəsmək üçün 2 il Azərbayana getməyini vurğulayıb.Aşurbəyli soyadının ona br çox yerlərdə ənğəl olduğunu deyən soydaşımız, hətta anasının familiyasına keçməsini tövsiyyə etsələr də- familiyam mənim qürurumdur-deyib.

İndiyəcən Qarabag məsələsi ilə bağlı danışmayan İqor Aşurbəyli- müxbirin-“bəlkə sükutu pozaq”- müraciətinə-“Qarabag bizimdir də”-cavabını verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir