Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko azərbaycanlıya ərə gedir


Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko  azərbaycanlıya ərə gedir
Məşhur opera muğənnisi Anna Netrebko Luşçano Pavorottinin tələbəsi olmuş Yusif Eyvazova ərə getməyə hazırlaşır. Bu xəbəri Yusif Eyvazov oz Facebook səhifəsində paylaşıb. Hələ bu ilin martında 33 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov Anna və oğlu ilə bir yerdə olan şəklini sosial şəbəkədə paylaşıb və şəklin altına “bu sevgi və xoşbəxtlikdir” yazıbmış. Elə o zamandan pərəstişkarları Anna ilə Yusif arasında sevgi münasibəti olduğunu anlayıblarmış.

Yeri gəlmişkən, Netrebko keçmiş əri, uruqvayli opera müğənnisi Ervin Şrotdan yenicə boşanıb. Bu nigahdan muğənninin Tyaqo adlı oğlu var. Netrebko boşanma səbəbi kimi iş qrafikinin gərgin olduğuna görə ümumiyyətlə əri ilə az-az görüşə bildiyini deyib. Bu üzdən uzun müddətdir ki, onlar ayrı-ayrı yaşayırlar.

Netrebkonun yaxınlarının deidyinə görə azərbaycanlı adaxlı Annanı çox sevir, onunla bir ilahəyə yanaşan kimi yanaşır və onsuz nəfəs ala bilmir.

Yusif Eyvazov Bakı musiqi akademiyasını bitirib. Böyük teatrın və Milanın Verdi teatrının aparıcı sənhə operalarında iştirak edib. Anna ilə birlikdə Romanın Teatro dell’Opera di səhnəsində Manon Lescaut operasında oynayıb. Yusif adlı-sanlı tələbədir. Tenor səsli müğənni 20 yaşında Milana musiqi təhsilini davam etdirməyə gəlib. Oxuduğu zaman təhsil haqqını ödəmək üçün restoranda ofisiant işləyib. Cütlüq nişanlandıqları haqqında hələ rəsmi açıqlama verməyib. Anna Netrebkonın direktoru Vladislav Monastrskiy onlar arasında münasibətdən danışarkən, Anna ilə Yusifin bu gözəl münasibətlərinin toy zənginin səsi ilə bitməsini Allahdan arzu etdiyini deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir