Rusiyanın “Vkontakte” sosial şəbəkəsinə Türkiyədən qadağa


Bu haqda “Vedomosti ” qəzeti məlumat verib. Ehtimala görə buna sədəb vk.ru və vkontakte.ru saytları istifadəçilərinin yerləşdirdikləri şübhəli məzmunlu videolar olduğu qeyd edilir.

Şahidlərin dediyinə görə sistem bir neçə gündür ki, işləmir. Türkiyədəki internet istifadəçilərindən biri “Vedomosti ” qəzetinə vk.ru saytını açanda komputerin ekranına gələn vebsəhifənin surətini göndərib.

O sifarişçiyə bildirib ki, İstanbul məhkəmə instansiyasının 230 saylı qərarına görə 2 may 2012-ci il tarixdən sosial şəbəkəyə giriş qadağandır. Əgər internet istifadəçisi Türkiyə İP adresindən vkontakte.ru saytına daxil olmaq istəsə yerli internet təminatçısı İstanbulun başqa bir məhkəmə instansiyasının 55210 saylı qərarı ilə sayta girişin 2 may 2012-ci il tarixdən qadağan oldunğunu bildirir.

Türkiyədəki böyuk bir internet şirkətinin əməkdaşı bildirib ki, adıçıkilən sosial şəbəkələrə giriş bir neçə gün əvvəl bağlanıb, səbəb isə saytda pornoqrafik videorolikin yerləşdirilməsidir.
Türkiyənin informasiya texnologiyası və əlaqəsi nizamlayıcışı və “V kontakte” inin münayəndələri bu haqda heç bir açıqlama verməyiblər.
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir