Rusiyda Twitterin sürəti yavaşıdılacaq


Səbəb isə Roskomnadzorun tələbi ilə qadağan olunmuş materialların sosial şəbəkədən qaldırlmamasıdır. Qurum onu da qeyd edib ki, əgər tələbləri nəzərə alınmazsa Rusiya ərazisində Twitter tamamilə qapadıla bilər.

Martın 10-dan bəri    2017-ci ildən bu günə qədər  Roskomnadzorun tələbi ilə qadağan edilmiş məlumatları, o cümlədən uşaq pornoqrafiyası olan materialları silməməsi səbəbindən qurum Twitter sosial şəbəkəsinin sürətinin yavaşladılmasını qərara alıb.. Bu barədə Roskomnadzorun  saytında məlumat verilib.

Yavaşladılmanın  100% mobil cihazlarda və 50% stasionar cihazlarda tətbiq ediləcəyi qeyd olunur.

Nazirliyin məlumatına görə  martın 10-u  tarixinə  qədər Twitter qadağan olunmuş məlumatları olan 3168 materialı (yetkinlik yaşına çatmayanların intihar çağırışları ilə 2569, uşaq pornoqrafiyası ilə 450, narkotik istifadəsi ilə bağlı 149 məlumat daxil olmaqla) silməyib.

O da qeyd edilir ki, trafikin ləngidilməsi foto və video yüklənməsinə təsir edəcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir