Səfirlərin geri göndərilməsi türk lirəsini çökdürüb


Türk lirəsinin məzənnəsi 1 dollar üçün 9,84 lirəyə kimi ucuzlaşaraq  ən aşağı həddinə çatıb. Investing.com  Moskva vaxtı ilə saat 10:15-ə olan məlumata görə  dolların 9,77 lirədən satıldığını yazıb. Türkiyə Mərkəzi Bankı  oktyabrın 21-i cümə axşamı, faiz dərəcəsini 18% -dən 16% -ə endirmək qərarına gəldikdən sonra lirəsinin ucuzlaşması sürətlənib.

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə on ölkənin səfirlərini persona non qrata elan etməyi gğstəriş verib.

Daha əvvəl Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri türk fəal Osman Kavalanın azadlığa buraxılmasını istəmişdilər. Cənab Ərdoğan buna cavab olaraq onları ölkədən çıxarmağı qərara alıb.

Oktyabrın ortalarında prezident Ərdoğanın əmri ilə Mərkəzi Bankın iki başçı müavini də daxil olmaqla üç yüksək vəzifəli məmurun işdən çıxarılması fonunda lirə kəskin ucuzlaşmağa başlamışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir