Şəhərə təzə adət gətirmə!


Şəhərə təzə adət gətirmə!
Jirinovskini sevmirəm. Amma mənim onu sevib-sevməməyim onun bizim haqqımızda dediklərinin yükünü zərrəcə də azaltmır. Rusiya siyasətini yönləndirənlərdən birinin qeyri-ciddi çıxışalırnı dinləyib üstündən keçmək də olmur. Çünki dediyimiz kimi siyasi partiya lideri və deputatdır.

Jurnlasit həmkarım Anar Həsənov onun üçün çox uğurlu bənzətmə tapmış və mətbuat konfranslarının birində bu ifadəni onun üzünə söyləmişdi. “Siyasi fahişə”. Anarın bu cəsarətini bir yazımda alqışlamışdım da.

Amma hər dəfə bizimlə bağlı ya deyil, dediklərini “sayıqlama” kimi qəbul etdiymiz bu adamın sıradan biri olanlardan saydığımızı hadisəyə çevirmək qabiliyyəti var.

Ötən gün Moskvanın mərkəzində dağıstanlıların toy atəşfəşanlığında havaya güllə atılmasına Jirinovski yenə də siyasi tərəfdən yanaşmağı bacardı. Və bu dəfə onun yanaşmasına doğru deməmyin özü doğru olmaz.

Jirinovskinin dağıstanlılara xitabla Moskvada məskunlaşan dini, milli “ayrılara” adətlərinizi paytaxta daşımağa haqqınız yoxdur-deyib, cinayət qanununda nəzərdə tutulan qərarın ağırlaşdırılmasını istədi.

Jirinovskinin baxığı prizmadan baxmasam da, onun bu etirazından mənim çıxartdığım haqlılıq da bir başqa tərəfdəndir.
Dağıstanlı ya azərbaycanlı, ya da digəri olsun, fərq etməz, məncə. Biz Moskvada guya milli adət-ənənələrimizi qorumaqla göstərdiyimiz təəssübü başqalarına göstərmə istəyimiz nədənsə sadəcə əleyhimizə olanlarla məhdudlaşır.

Gəlinini çılpaq geyindirə, restoranlarda avropasayağı rəqs edəcək, xarici müğənniyə xarici mahnı oxudacaq qədər avropalaşmış ola bilirik. Birdən milli damarımız tutur, adətimizdə olmayan əyalət vərdişiylə “özümüzü göstərmək” yadımıza düşür. Ən acınacaqlısı isə “Moskva da bizimdir” təşəxxüsü ilə onsuz da bizlərdən qıcıqlananlara meydan oxumağa başlayırıq.

Mentaliteti mühitə ona sərf edən yerdə dəyişib, sərf etməyən yerdə isə bu müştəbehliklə alçaldıcı reaksiyanı yaradan da, qazanan da bizik.

Milli adətiylə örnək olacaq, kənardan toy adətlərini seyr edib içində yaşadıqlarına qürur yaşatmaqdansa, onların bir daha bizə vəhşi kimi yanaşmalarına və siyasilərinin də dilinə söz verməyə səbəb oluruq.

Hər zaman “bizə həqarətlə baxir, bizi sevmirlər” prizmasından baxmaq doğru deyil. Mən metroda qalxıb yer verəndə nə qədər sərt baxışların mülayimləşdiyinin şahidi olmuşam.

Azərbaycana səfər edib qayıdan bir rusun atası hər otağa girəndə ayağa qalxanda bunun bizim ailələrdə olan bir hörmət əlaməti olduğunu atasına danışıb, atasının da: “mən də keşkə bunu əvvəldən bilib atam qarşısında belə hörmətlə ayağa qalxaydım”- deyə təəsüfləndiyini eşitmişəm.

Maddiyatını düzəldib hələ mənəviyyatını maddiyatına uyğun kökləyə bilməyən, Moskva küçələrində xarici maşınlarda şütüsə də yağsız araba təkəri kimi cırıldayan arabada gedirmiş kimi səs çıxaranların bizi istəməyən jirinovskilərin dilinə dil verməsinə nə deyəsən axı…

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir