Səndən YADİGAR&quot


"Səndən YADİGAR" şeirinin əks-sədası
Moskvada yaşayan şairə Afaq ŞIXLInın məhəbbət mövzulu şeirləri ürəklər oxşamaqda və sevilməkdə davam edir.

Şairənin “Səndən YADİGAR”” adlı yeni şeirlərindən biri xüsusi marağa və əks-sədaya səbəb olmuşdur.
Bu şeirə xalqımızın gözəl şairi Məmməd İSMAYIL və eləcə də istedadlı gənc şair Vüqar Bayramov cavab yazmışlar.

Hər üç şeiri oxucularımızla paylaşırıq.

SƏNDƏN YADIGAR
Afaq ŞIXLI

Bu gün sənlə bağlı xatirələri
Gizlədim qəlbimin dərinliyinə.
Itirdim gözümdən bütün şeyləri,
Təkcə bu beşinə qıymadım yenə:

Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir kitab saxladım səndən yadigar.

Hər bir sətirini baş sayacağım,
Sinəmin üstündə daşıyacağım,
Təsəllisi ilə yaşayacağım
Bir məktub saxladım səndən yadigar.

Məni gözləyərkən sənə yar olmuş,
Qış günü özlənən bir bahar olmuş,
İndi mənim təki yanıb qor olmuş
Bir çiçək saxladım, səndən yadigar.

O görüş gecəsi sənə verdiyim,
Şirin gülüşlərlə sevindirdiyim,
Əyninə əlimlə geyindirdiyim,
Bir köynək saxladım səndən yadigar.

Nə həsrətin bitdi, nə də ki çilən…
Oldumu bu eşqin qədrini bilən?
Bir vaxt dəli kimi sevən-sevilən
Bir ürək saxladım səndən yadigar

Budur… sənlə bağlı xatirələri
Gömmüşəm qəlbimin dərinliyinə.
Olən ümidlərin boş qalıb yeri…
Bu beşlik içində tənhayam yenə…

17.10.12.
———————–

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir