SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?


SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
Moskvada Kəlbəcərin işğalı cəbhədən gələn qaynar xəbərlər altında anıldı

1993-cü ilin aprelin 2-də Kəlbəcərin erməni qəsblarları tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə bağlı Moskvada keçirilən “dəyirmi masa” Vətəndən gələn Qarabağ cəbhəsində intensivləşən gərgin çatışma xəbəri ilə başladı.

“Sərhədləri təmizləyiblər artıq?”

-Kəlbəcərin işğalının 23-cü ildönümünə həsr olunmuş tədbirə atası ilə gələn ən kiçik yaşlı iştirakçı cəbhədən gələn ən son xəbəri oxuyan jurnalist Cəfər Sadıqın məlumatından sonra bu sualı verdi.

Tədbirin sonunda verilən bu sual “Dəyirmi masa”da daha çox səslənən, “Kəlbəcər və digər işğal rayonlarından olan bir nəslin ovladları üçün o yerlər yadlaşacaq, ata-babalarının yurdu olan torpaqlara məhəbbətin nə olduğunu bizim kimi hiss etməyəcəklər” fikrinə ən yaxşı cavab idi.
SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
Sonda verilən o suala qədər isə…

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresində Kəlbəcərin işğalının 23-cü ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbiri açan konqresin icraçı direktorunun müavini Samir Məmmədov iştirakçılardan Qarabağda şəhid olanlarımızın xatirəsini bir dəqiqə sükutla yad etməyi xahiş etdi.

Anım toplantısı Kəlbəcər haqda sənədli filmin nümayişi ilə başladı. Gecənin aparıcısı ÜAK-ın baş məsləhətçisi şair Nəsib Nəbioğlu göstərilən kardlardan təsirlənərək qəhərlə, təkcə cənnət bir məkan deyil, o bölgənin özünəməxsus folkloru, ləhcəsi, dilini də məcburi itirməsinə vəsilə oldu bu işğal-deyə Kəlbəcər haqqında təəssüratlarını paylaşdı.
SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
Kəlbəcəri doğma yurdum deyən, o torpağın əsrarəngiz təbiəti, qeyri-adi gözəlliyini dünyanın başqa yerləri ilə müqayisə edən Vyaçelsav Şvetsov çıxışında,-O yurdu mənim üçün bir də daha fəqrli edən insanının səmimiyyəti, saflığı, qonaqpərvərliyi, mehribanlığıdır”-dedi. O, Kəlbəcərin işğalından əvvəl bir məsələnin həlli ilə bağlı ora işgüzar səfəri zamanı aldığı ilk təəsüratdan sonra təbiət qoynunda canlı tarixi muzeyi xatırladan o diyara bağlandığını, sevdiyinə bunu əlavə etdi,- “ İtirilən o torpaq həm də mənimdir”.

SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?

Rusiyanın əməkdar həkimi Sabir Həbibov isə Kəlbəcərə gedən yol uzandıqca içində yanan ümid lampasının işığının getdikcə öləzidiyini ağrı ilə qeyd etdi.

“İlin bir günü yığılıb, danışıb, ağrını-acını paylaşandan sonra illərdir eyni şeyləri təkrar etmək içimdəki həsrət yanğısını artıqdıqca, “o torpaqları bir də görə biləcəyəmmi” arzumu gözümdə yaşa döndərir. 23 ildə 23 santimetr torpaq qayıtmayıb. Ona görə ümiddən ümidlə danışa bilmirəm”.

SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?

Jurnalist Cəfər Sadıq bu ağrılı çıxışdan sonra kəlbəcərli həkimə təskinli nitqini iki dəfə boğazında düyümlənən qəhərlə kəsdi. “Kişilər ağlamaz deyirlər,o zaman kişilər zəifliklərini bildirmiş olurlar. Məncə qeyrətli və güclü kişilər ağlarlar”.

Cəfər Sadıq da çıxışında zorla ilhaq olunmuş torpaqlarımızdan düşmənin çıxarılması, haqq səsimizin duyurulması üçün yığışıb “ağlaşmaqla” onu geri qaytara bilməyəcəyimizi sadalanan …21,22 və gün də 23 olan illər bir daha təsdiq edir-dedi.

“Bu kimi tədbirlərin fonunda selfi çəkdirib manipulyasiya etməklə də torpaq geri qayıtmaz. Daha effekli işləmək, səsimizi daha yüksək ünvanlara çatdırmaq üçün hər gün, hər an toplaşmalıyiq”.

SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?

Belə üsyankar və kərədli çıxışlarla müşaiyət olunan təbdirdə tanınmış yazıçı, şair-rəssam Maya Bədəlbəyli, Kəlbəcər və digər ərazilərimizin düşmən tapdağı altında olması ədəbiyyatın da ən başlıca mövzusuna dönüşüb, biz yaradıcı insanlar hiss etdiyimiz ağrıların, acıların başqa ürəklərə işləməsi üçün nəsr, poeziya ilə onu çatdırırıq deyə Xocalı faciəsinə həsr etdiyi şeirini oxuyub iştirakçıları təsirləndirdi.

14 gün ermənilərin mühasirəsində qalan və özüylə bərabər 16 nəfəri xilas edən keçmiş döyüşçü Mircamal daha emosional çıxış etdi:
“Qondarma erməni genosidinin anımı günü” küçələrə onminlərlə adam çıxaran düşmənlərdən fərqimiz nədir? BMT-nin məlum dörd qərarına əməl etməsi üçün o təşkilatın Moskvadakı iqamətgahı qarşısında toplaşıb etiraz edə bilmərikmi? Nədir bizim haqq səsimizi belə ucadan çatdırmağa mane olan? Kimdir qarşımızl kəsən, bizi buna qoymayan?”,-deyən Mircamal “bu gün də vətənimin müsəlləh əsgəriyəm və Tanrıdan bir diləyim mənə o toppaqlarda ölmək deyil, üçüncü bir şeyə-əsaya dayanıb yurdumu xilas etməyi nəsib etməsidir!”

“Dəyirmi masa” iştirakçıları hər bir halda qanlı müharibənin tərəfdarı olmasalar da, Kəlbəcər işğal edilən gün mövqelərimizə soxulan xain düşmənə qarşı Azərbaycan tərəfinin əks həmlə ilə cavab verməsi addımını da təqdir etdi.

SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev isə nitqində-“Mən də Qarabağlıyam. O torpaqların düşmən tapdağından gec ya tez xilas ediləcəyinə inanıram. Məni buna inandıran o torpaqların özündə torpaq qeyrəti olmasıdır. Belə torpağın insanı da qeyrəti ilə onu geri alacaq”-deyə vurguladı.

Dəyirmi masada iştirak edən digər çıxış edənlər: həkim Əli Rzayev, “Şəhriyar”ƏMC rəhbəri Vasif Məmmədov, şair Abbas Aliyev, Mehriban Həsənova da ermənilərin yaşatdığı dəhşət və vəhşətlərin şahidi kimi üzləşdikləri, eşitdikləri faktları dilləndirdilər.

SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?
Hacı Nizami Baloğlanov çıxış edənlərin əndişəsini anlayaraq, Azərbaycanın bu gün qüdrətli ordusu olduğuna və o torpaqların geri alınması üçün bütün imkanların varlığına diqqət çəkərək hər kəsə səbr dilədi. “Umidsizlik insana məxsus deyil”.

“Bu gün çıxışlarda bu formatda anım mərasimlərinin nəticəsizliyi, gənclərə vətənpərvərlik ruhunuu düz istiqamətdə aşılanmaması (bu məclisdə təmsil olunmadıqları üçün-red.müəl.), haqq səsimizi duyurmaq üçün daha geniş arenalara çıxılması gərəkdiyi kimi lazımi fikirlər səsləndi. Bunlarla yanaşı, çıxışlarda milli qürur hissindən doğan və məğlubiyyətlə barışmayan bəlkə də haqlı ümidsizlik notları da vardı. Bu çıxışlar hər birinizin torpaq təəssübündən xəbər verirdi”-deyə tədbirə ev yiyəlik edən Samir Məmmədov sonda əlavə etdi.

“23 il əvvəl Azərbaycanın mütəşəkkil ordusu və onları yönləndirəcək sərkərdəsi yox idi. Bu gün Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin də dediyi kimi, münaqişəni danışıqlar yolu ilə, o da alınmazsa savaşla almağa gücümüz var”.

Samir Məmmədov bu anım tədbirlərinə toplaşaraq narahatlıq, həyəcan, göz yaşı ilə dərdlərimizi bölüşərək, düşmənə illər keçsə də torpaqlarımızı unutmuruq, unutmamışıq, unutmayacağıq və geri alacağıq mesajını vermiş oluruq”-sözləri ilə tədbirə yekun vurdu.

Tünzalə Vəliqızı, Moskva
02.04.2016
Yenises.ru

FOTOLAR
SƏRHƏDLƏRİ TƏMİZLƏYİBLƏR ARTIQ?


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir