Səddamın xatirələri işıq üzü görəcək


Səddamın xatirələri işıq üzü görəcək
Yaxın zamanlarda 2006-cı ildə edam edilmiş İrak prezidenti Səddam Hüseyinin xatirələri işıq üzü görəcək. Səddamın böyük qızı Raqat kitabı çap etdirmək üçün nəşriyyat axtarır.

“Səddamın öz əli ilə yazdığı bir əlyazması var və biz onu çap etdirmək üçün nəşriyyat axtarırıq”-deyə vəkil Rahqa Xaytam Nabil əl-Hapah deyib. Hazırda qadın İordaniyada sürgün həyatı yaşayır. Bir neçə səbəbdən o, keçmiş İrak prezidentinin əliylə yazdığı avtobioqrafiyanı tezliklə nəşr etdirmək istəyir.

Qeyd edək ki, taxtdan endirilmiş İraq liderinin qızı 2009-cu ildə atasının vəkili Xəlil əl-Dulaymin “Səddam Hüseyn” əsərinin çardan çıxmasına mənfi yanaşmışdı. Amerika həbs kamerasından : hər şey necə oldu. Kitab keçmiş prezidentin şeirləri də daxil olmaqla gündəliyi və söhbətləri əsasında tərtib olunmuşdu.

Səddam Hüseyn insanlığa cinayətdə suçlanmış , 1982-ci ildə ona qarşı baş tutmayan sui-qəsddən sonra 148 İrak şiələrinin ölümündə təqsirli bilinmişdi. Hüseyn 2006-cı il dekabrın 30-da dar ağacından asılmışdı.

Xatırladaq ki, buna qədər ABŞ-da Usame ben Laden haqqında kitab çıxmışdı. Ədəbiyyat nümunəsi kitab köşklərində “Əl-Qaidə” başçısının aradan qaldırılmasının bir illiyində görünmüşdü. Manhut (“Axtarış”) adlanan kitabı 1997-ci ildə “Əl-Qaidə” liderindən müsahibə alan jurnalist Piter Bergen yazmış, onun ölümündın sonra Patistan höküməti tətərindən onun ərazisinə buraxılan ilk xarici idi.

360 səhifəlik kitabda dünyanın 1№li terroristinin həyatının çoxsaylı xırda detallarıyla qələmə alinib. Bergenin bildirdiyinə görə bin Laden voleybola çox baglı biri olub, saqqalını Just for Men boyası ilə rəngləyib, kişi ehtirasını gücləndirən Avena iksiri içirmiş. Kitab onun ağır böyrək agrılarından əziyyət çəkdiyini inkar edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir