“Səhranin ağ günəşi”


"Səhranin ağ günəşi"
Aleksandr QORODNİTSKİ
(RÜSTƏM İBRAHİMBƏYOVA)

Salam, Bakı qalası, mənim Mədinəm, Məkkəm,
Dolanbac dalanların boyanıb boz-gümüşü.
Burda dastan yaradır İbrahimbəyov Rüstəm.
Başı üstdən asılıb səhranın ağ günəşi.

O, bir dəliqanlıdır, toxdaq görünür üzdən.
İçdikcə, süfrəsi tək açılacaq ürəyi.
Azərbaycan balası söz götürməz heç kəsdən
Azərbaycanlıların daşdan çıxır çörəyi.

Azğın məmurlar Onu qoyurlar işdən-gücdən,
Toz-torpaqlı küləklər qapı-bacanı döyür.
“Qulliver nələr çəkir liliputlar içində?”–
Soruşuram: O dinmir, susaraq, gülümsəyir.

Liliputlar iş üstə, bir ucdan soyhasoydu
Dırmaşırlar “yuxarı”, yeriyirlər “irəli”.
Rusiyanın sevgisi, Azərbaycanın adı,
Onu elə ucaldıb, pisliyin çatmaz əli.

Ayrılıb gedəndə mən, üzülürəm qüssədən,
Deyirəm: “Sənlə qalır, sevgi dolu ürəyim”.
Azərbaycan balası söz götürməz heç kəsdən,
Azərbaycanlıların daşdan çıxır çörəyi.

2012-ci il

Şeirin orijinalı

Aleksandr Qorodnitski 1933-cü ildə Leninqradda doğulub. Şairdir, Bulat Okucava, Aleksandr Qaliç, Vladimir Vısotski, Yuri Vizbor kimi azman sənətkarlarla bir sırada, bard kimi (şeirlərini özü qoşduğu müsiqi üstdə oxumaq) fəaliyyət göstərib. Əllidən artıq musiqi plastinkaları, 23 şeir kitabı çıxıb. .

1971-ci ildən başlayaraq bugünə kimi dünyada ən böyük–Valeri Qruşin adına bard festivalında jürinin sədridir.

Qrodnitski – adlı-sanlı geofizik, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Təbiət Elmləri akademiyasının akademikidir.

Onun şeirləri, mahnıları dünyanın çoxsaylı dillərinə çevrilib, dərsliklərə salınıb.

contact.az

Rus dilindən Araz Gündüz çevirib.

Azadliq.org


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir