Şərqin ətalət “qanunları” və Tesla taksiləri…


Şərqin ətalət “qanunları” və Tesla taksiləri...
” Bu gün islami görməkçün dur ey
Adəm məzardan
Qucaqla bağrına bas naxələf bir nur lazımsa.””

Məhəmməd Hadi (1879-1920).

İnsanların Tanrı təsəvvürü mifik dünyagörüşündən qaynaqlanır,monoteist dinlər belə bunu yapmışlar,şeytanın çirkin,idbar surətdə,mələklərin ağ qanadlarla təsəvvürü bu miflərin “məhsuludur”.Hətta günümüzdə belə əksəriyyətə Allah və yaxud da Tanrını necə təsəvvür edirsən sualı versəniz cavab antropomorfik xarakterli olacaq.Ç.Aytmatov deyirdi ki,insanlar hələ uzun müddət TANRI axtarışında olacaq,çünki “”bulduqları”” onu qane etmir.

“”Allahlar olan yerdə Allah olmur””. .

Hamı Allah qorxusuna müxtəlif fəlsəfi, ədəbi rəng verir və verəcək də, hələ bu uzun müddət sürəcək.Zatən Şərqi real aləmdən ayırıb olmadığı qeyri maddi dünyada “”yaşadan”” da bu zehniyyətdir. Allah qorxusundan danışanlar heç öz iş yerlərindəki müdirlərindən, addımbaşı topluma və yaxud fərdlərə zülm edən azğın məmurlardan qorxduqları qədər Allahdan qorxmadılar. Bu ona ibadətdə də eyni paralellikdədir. Həqiqət acıdır,bu üzdən reaksiyaları təhmin edirəm.

Dini fikir cəbhəsində isə bununla bağlı bütün düşüncələrin kökündə heç bir dəyişimə uğramayan ətalətin ta dibində “yaşamağı” farzlaşdıran çürük ehkmalar durur nə yazıq ki. “Hücettül islam”(islamın isbatı anlamına gəlir-M.İ) adıyla məşhur islam alimi İmam Qazali(1058-1111) fəlsəfəyə və dünyəvi elmlərə savaş açaraq özünün “İhyau ülumiddin”(“Din elmlərinin dirildilməsi”) əsəriylə bu ehkamçı fikirlərini daha da möhkəmləndirmişdir.Əslində bu əsər birbaşa Aristotel,İbn Sina və Fərabiyə qarşı xüsusi qəddarlıqla yazılmışdır.Və nə yazıq ki,Qəzalinin bütün ana fikirlərinin kökündə “Şübhə Haqqı götürür” kimi çürük bir ehkam dururdu.Yüz illərdir islam coğrafiyasından fundamental elmlərin yerini sehr və cadunun,gözündən nur fışqıran saxta şeyx və üləmaların zəbt etməsinin,bircə dənə də olsun əməlli başlı elm adamının ortaya çıxmamasının kökündə Qazalinin əkdiyi toxumlar durur.Yəni bu adam pozitiv elmlərlə və fəlsəfəylə məşğul olmağı yasaq etdi,şərən fitvalaşdıraraq elmin kökünü rəsmən qurutdu.Bütün dindarlar yalnız Quran oxumaqla guya ki İkra surəsindəki əmri yerinə yetirərək “alim” olub cənnəti haq etməyin son amac, qayə olduğuna tam qənaət gətirdilər.Qısacası ətalətdən ətalət doğdu…Və indi aləmi islama nəzər yetirəndə baxırsan ki, cəhalət,dini fanatizm ən dəhşətli zoraklıqlapla həyata keçirilən vəhşət doğuran davranış və hərəkətlərlə islamın ruhunu necə də gözəl “oxşayır.”

Oysa kaş ki,şübhə Haqqa götürür fikri daha çox intişar tapsaydı bu konuda sadəcə şübhənin metodikası empirik xarakter daşımalı,dini mifoloji buxovlardan syrılmalı. Sokratın bir ifadəsi var: yalnız bir Tanrı var, o da bilikdir, yalnız bir şeytan var, o da nadanlıqdır.Hələ Rene Dekartın “Düşünürəmsə demək varam” fikri bu mənada möhtəşəmdir,yəni ən azından heç olmazsa öncə düşün sonra inan barı.Yəni təkcə inanmaqla var olunmur! Qərb ruhu sükut nə olduğun bilmir, məntiqi təfəkkür və təcrübə onların bütün elmi, ictimai, iqtisadi dünyagörüşünün ta özülüdür. Yaşadıqları həyatın içindədirlər bütün pozitiv standartlarıyla. Napoleonun, Pyer-Simon Laplasın “Göy mexanikası” kitabını nəzərdə tutaraq “Əsərinizdə Tanrıya yer verməmisiniz” iradına müəllif, “O hipotezə ehtiyac hiss etmədim” demişdi. Bilgimizin yetərsiz olduğu anlarda ali şüura müraciət etmək bilgimizi və motivasiyamızı azaldar, nəzəriyyələrin açıqlama gücünü artırmaz. Şərq ruhu isə yaşamadığı, qeyri real ( axirət, cənnət, cəhənnəm və s.) aləmdən, peyğəmbər və imamlardan mədət umar, “”mən bilməm Allah bilər”” kimi heç bir hipotezi olmayan boşluqda çabalayar, çabalayar.
Şərqin ətalət “qanunları” və Tesla taksiləri...
Bu zehniyyətdən doğan ədəbiyyat, fəlsəfə insanı müti yapar bütün pessimist əhval ruhiyyəsiylə… “Tesla taksiləri” və Şərqin ətalət qanunları müqayisəsi,necə də amansızdır.Bir tərəfdə elmi texniki tərəqqinin ən yüksələn xəttlə dünyanı dəyişən ixtiraları,bir tərəfdə isə dünyanın hələ də düppədüz və yaxud da öküzün buynuzları üzərində qərar tutduğu qənaətini “müqəddəsləşdirən” kütlələrə zəhəri bal kimi yedizdirən islam din alimləri.Zülmət qaranlıq bəs deyilmiş hələ bu qaranlığı belə daha qaranlıqlaşdırmaq üçün əlavədən gözlərini qara örtüylə bağlayaraq zülməti daha da dərinləşdirmək.
İbn Xəldun “”Coğrafiya bir kaderdir”” söylər.Günümüzdə pozitiv elmlərdən uzaq olub,toplumu diri tutmayan maarifdən,ədalətdən yoxsun həyat tərzi isə məncə ən böyük KƏDƏRDİR və eyni zamanda çox pis bir KADERDİR…

“”Göydə Allah,yerdə padişah,hökumət,prezident”” və s. kimi mütiik sindromu bütün müsəlman coğrafiyasında at oynadır.Məncə insanlar ədaləti Allaha ,Allahı ədalətə daşımalı ki bu “”qorxudan”” yararlanan din,dövlət yobazları,sui istifadəçiləri bir “”sinif”” kimi ləğv olunsun.

Dahi şairimiz,dramaturq Hüseyin Cavidin “Şeyx Sənan”ında Şeyx Kəbirin diliylə dediyi “Şübhədir hər həqiqətin Anası,şübhədir əhli-hikmətin babası ” sözlərinin özü belə dinin doğurduğu ətalətə qarşı bir üsyanın ən gözəl təsbiti və dəqiq ifadəsidir.

Birdə ki Tanrını bilgi yerinə qoysaq nə olacaq dünyamı dağılacaq ki?! Əksinə bəlkəsiz dünya cəhalətdən qurtulacaq. Qurandan sitat gətirilən “İkra” surəsindəki Oxu! əmrinin həqiqi elmi biliklərə yiyələnmək baxımından müsəlman coğrafiyasında heç bir praktikası yoxdur,əgər varsa da birisi ortaya qoysun da görəlim.İkinci də islamın özündə belə mücərrəd Allah anlayışınını bir sinonimi də Alim deyilmi,nə oldu islam yalnız sözdə Allahın bir adını Alim qoyanda “”məntiqli”” hesab olunsun,biz Tanrı- bilgidir deyəndə məntiqsizmi olduq?!Bizi yaradan Müdrik Allaha-metafizik olaraq adını necə qoymağımızın heç bir mətləbə dəxli olmayan Yaratıcıya-sonsuz Kainata bütün bəşəriyyətin ehtiyacı var,amma din şarlatanlarının özlərinə bənzər yaratdıqları Allah yalnız onların hakimiyyətini bərqərar edən qamçı rolunu oynayır,vəssalam.Birdə Quranı başdan ayağa diqqətlə oxumaq lazımdır,özüdə bu dinin mənsubu olmaq duyğularından sıyrılaraq obyektiv bir biçimdə.Subyektvizmə qapılmadan. Və o zaman aşağıdakı sitatın necə də doğru olduğuna qənaət gətirəcəksiniz.

“Müqəddəs kitabları oxuyub anlamayan dindar,oxuyub anlayan ateist olur.”(Nikola Tesla).

Məhəmməd İsrafiloğlu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir