Səudiyyə Ərəbistanı kralı ilk dəfə Moskvada səfərdə


Səudiyyə Ərəbistanı kralı ilk dəfə Moskvada səfərdə
Səudiyyə Ərəbistanı kralı Salman ben-Abel Al Saud tarixdə ilk dəfə olaraq Rusiyaya işgüzar səfərə gəlib. Monarxın təyyarəsi Moskvanın Vnukovo-2 aeroportunda yerə enib.

Kralı aeroportda Preobrajensk polkunun fəxri qarovulu və orkestr ilə birlikdə prezidentin Afrika ölkələri üzrə xüsusi nümayəndəsi RF XİN başçısının müavini Mixail Boqdanovun başçılıq etdiyi heyət qarşılayıb. Bundan başqa monarxın görüşünə baş nazirin müavini Dmitri Roqozin də gəlib.

Oktaybrın 5-də kral Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Onlar neft bazarındakı vəziyyəti, Yaxın Şərq və Şimali Afrikadakı konflikti müzakirə edəcəklər.

Bundan əlavə Putin və Al Saud energetika, infrastruktur tikintisi və yüksək texnologiya sahəsində bir sıra sənəd imzalayacaqlar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir