Saakaşvili Odessanın qubernatoru oldu


Saakaşvili Odessanın qubernatoru oldu
Ukrayna prezidenti Petr Poroşenko şənbə günü Odessa vilayət aktivlərinə yeni qubarnetor-sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilini təqdim edib. “Çoxmillətli Odessa vilayətində hər kəsin öz sözünü tapması lazımdır””-deyə Poroşenko çıxışında bildirib.

Saakaşvilinin yeni vəzifəsi sırasına korrupsiyaya qarşı mübarizə, gömrük və vergi xidməti işində şəffaflıq yaratmaq, vətəndaşların hüququnu və demokratiyanı müdafiə etmək daxildir.

Yeni təyin olunmuş qubernator özü qeyd edib ki, “”Odessanı bütün Qara dənizin paytaxtı etmək istəyər””-lakin bu uzun bir prosesdir. “”Bunun üçün prezidentin də dediyi kimi ciddi dönüşüm yaratmaq, Odessaya daha çox turist və sərmayəçi cəlb etməkdən ötəri yeni qanunlar, yeni insanlar, yeni istiqamətlər lazımdır. Bu şəhərdən həqiqətən ümumdünya möcüzəsi yaratmaq olar””-deyə Saakaşvili söyləyib.

Bu gün səhər bundan əvvəl sabiq Gürcüstan prezidentinin Ukrayna vətəndaşlığı aldığı məlum olub. Bu qərar haqda məlumat Ukrayna prezidentinin rəsmi saytında verilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir