Saat 4-də BMT TŞ Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edəcək


Saat 4-də BMT TŞ Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şuarsı yaxın saatlarda Ukraynanın cənub-şərqində baş verən situasiyanı müzakirə etmək üçün təcili toplanacaq. Rusiyanın müraciəti əsasında keçiriləcək bu toplantı Nyu-York vaxtı ilə saat 20:00-da (Moskva vaxtı ilə saat 04:00) başlancaq. Görüşün açıq şəraitdə keçirilməsi haqqında məlumat verilməyib.

Bazar günü Rusiya XİN bəyan etmişdi ki, Ukraynanın cənub-şərqindəki böhran şəraiti BMT TŞ və ATƏT-də baxılmasını gərəkdirir. “Ukraynanın cənub-şərqindəki hadisələrin inkişafı son dərəcə təhlükəli xarakter almağa başlayıb “”- deyə RF XİN-nin bəyanatında deyilir.

Xatırladaq ki, Ukraynanın cənub-şərq vilayətləri də Krımın yolu ilə gedərək Ukraynadan ayrılmaq və Rusiyaya birlşmək istəyirlər. Ukraynada prezident səlahiyyətlərini həyata keçirən Turçinov rusyanlı etirazçılara bu gün səhər saat 9-a kimi vaxt verib. Onlar hökümət adiministrasiya binalarından çəkilməz, ölkənin federallaşması niyyətiylə etirazlarını dayandırmazlarsa, güc tətbiq etməklə müdaxilə edəcəyini bildirib.

Rusiya höküməti öz növbəsində Ukraynada vətəndaş qarşıdurmasının kəskinləşərək vətəndaş müharibəsi xarakteria alacağından ənişlələnir. Bir tərəfdən də bu situasiyanın yaranmasında günahlandırılan tərəf olmaqla BMT və ATƏT-i hadisəni müzakirə etməyə çağırıb.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir