Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir


Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.

Çərşənbə günü Almazbek Atambayevi paytaxtın 20 kilometrliyində yerləşən Koy-Taş kəndindəki rezidensiyasında həbs etmək üçün xususi əməlyyata başlanıb. Onlar keçmiş prezidentin tərəfdarlarna qarşi silahdan istifadə ediblər. Tərəfdarlar da cavab atəşi açıblar. Nəticədə yerli mətbuatın nümayəndəsi də daxil olmaqla 52 nəfər yaralanıb. Bir xüsusi təyanıtlı isə həlak olub.. Keçmiş prezidenti həbs etmək mümkün olmayıb. Atambayevin tərəfdarları 6 xüsusi təyinatlını girov götürüblər.

Dövlət Milli Təhlükəsizlik komitəsindən verilən məlumata görə əməkdaşlarından biri ölüb, lakin onun hara götürüldüyü bilinmir. Qırğızıstanın nəhəng sosial demokrat parlament partiyasının sədri Atambayev hakimiyyəti öz tərəfdaşı Soronbay Jenbekova verib. Bundan sonra eks-prezidentin komandasına qarşı cinayət işi qaldırılıb. Atambayev eks-prezident statusundan məhrum edilib və adı bir sıra cinayətlərdə hallanır. Lakin keçmiş prezident dəfələrlə bəyan edib ki, onun ünvanına səsləndirilən bütün ittihamlar siyasi xarakter daşıyır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir