SABİRANƏ


SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir