Şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinə üzv seçilib


Şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinə üzv seçilib
Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının Moskva bölməsinin nümayəndəliyinin verdiyi xəbərə görə, noyabrın 17-i Moskva ədəbi ictimaiyəti üçün cox ələmatdar bir gün olmuşdur. Moskvada yaşayan Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Poeziya akademiyasının müxbir üzvü tanınmış şairə Afaq Şıxlı Rusiya Yazarlar Birliyinin üzvü seçilmişdir. Bu xoş hadisəylə bağlı Moskvada yaşayan yazıçılar, şairlər, gublisistlər bu təntənəli tədbirə toplaşmışlar.

Tədbiri Riqadan gəlmiş Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının sədri, Rusiya yaziçılar ittifaqının katibi, yazıçı-publisist M.A. Kalantarov açdı. O tanıdığı gündən bəri yaradıcılığını diqqətlə izlədiyi və çox bəyəndiyi Azərbaycan şairəsini səmimi qəlbdən təbrik etdi və onun şeirlərinin vurğunu olduğunu söylədi.

Rusiya Yazıçılar birliyinin üzvlük vəsiqəsini şairəyə, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü, Azərbaycan yazıçılar birliyinin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu təqdim etdi. Nəsib bəy Afaq Şıxlıya öz ürək sözlərini söyləyərək, onun yaradıcılığına olan dərin hörmətini bildirmiş və gözəl şairəyə daha böyük uğurlar arzuladı: –Mən sizi istedadlı, milli dəyərlərimizə rəğbətlə yanasan, ruhuyla, zəkasıyla,talantıyla milli köklərimizə sıx bağlı olan xalqımızın naleyüklü probkemlərini poetik dillə oxucularına catdıran bir şairə kimi tanıyıram, sizə cox inanıram, bilirəm ki siz öz yaradıcılığınızla, yeni- yeni əsrlərinizlə bizi həmişə sevindirəsəksiniz!-deyə vurğuladı. Moskvada yaşayan ədəbi cəmiyyətlərin üzvləri və eləcə də Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının digər üzvləri də butəbriklərə qoşulmuşlar.

Həmin gün şairənin sevincinin başqa bir səbəbi də vardı. Afaq Şıxlının rus dilindəki şeirləri dünyanın 50-dan artıq ölkəsinə yayımlanan “Nastoyaşeye Vremya” (İndiki zaman) adlı ünlü dərgidə, eləcə də “Planeta poetov” (Şairlər planeti) adlı almanaxda dərc olunmuşdu. Bu, uzun illərdir Vətəndən uzaqda yaşayan Azərbaycan qadınının Vətən adına yapılmış böyük uğurlarından biri idi.

Qeyd edək ki, Riqada nəşr olunan “Nastoyaşeye Vremya” dərgisinin bu nömrəsinin üz qabığında, Azərbaycana və onun poeziyasına olan dərin hörmət əlaməti olaraq, qədim abidəmiz – Qız qalası, arxa tərəfində isə Şirvanşahlar sarayı və Azərbaycan prezidenti İlham Əliyevin şəkli təsvir olunmuşdur. Və bu nömrədə azərbaycanı 3 şair təmsil edirdi: Əşrəf Hüseynli, Afaq Şıxlı və gənc yazar Nilufər A.Shıxlı.

Afaq Şıxlı tədbirə toplaşan hər kəsə öz təşəkkürünü bildirərək belə deyib: “ Bu zamanadək olan və bundan sonra qazanacağım hər bir nailiyyət – Azərbaycanım üçündür. Şeirlərimin və hekayələrimin dərc olunduğu beynəlxalq jurnallarda, almanaxlarda AZƏRBAYCAN sözünü oxumaqdan aldığım həzz heç nəylə müqayisə oluna bilməz. Dünyanın bir çox ölkələrinin və hətta ermənistanın belə qatıldığı dərgilərdə Vətənimizi tərənnüm etdiyimiz üçün şair dostlarım və mən xoşbəxtik! İnsan heç zaman tək olmamalıdır. İstər Vətəndə, istərsə də qürbətdə dostlarsız, həmkarlarsız yaşamaq mümkün deyil. İnsan, başa düşəcək və fikirlərinə ortaq olacaq birilərinin var olduğunu bilməlidir. Mən bütün uğurlarıma görə öz dostlarıma minnətdaram!”

Sairə həm də üzvü olduğu Şəhriyar ədəbi Mədəni cəmiyyətinin sədri Vasif Məmmədova, Azərbaycan şairlərinə xüsusi hörmət və məhəbbət bəsləyən BYPA sərdi Marat bəyə və BYPA-nın Rusiya nümayəndəsi Nəsib Nəbioğluna öz təşəkkürlərini bildirmişdir.

Beynəlxalq Yazarlar və Publisistlər assosiasiyasının
Moskva bölməsinin nümayəndəliyi

17.11.12.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir