Şairə Afaq Şıxlıya “Mehriban ana” mükafatı təqdim edildi


Şairə  Afaq Şıxlıya  “Mehriban ana” mükafatı təqdim edildi
Tofiq Məlikli isə “Vətən oğlu” medalı aldı

Mükafatlandırma mərasimi Moskvada, Ümumrusiya dövlət xarici ədəbiyyat kitabxanasının nəzdində təşkil olunmuş azərbaycanlıllara doğma olan Azərbaycan mədəni və ədəbi mərkəzində baş tutdu. Azərbaycan klassikləri və müasirləri ilə yanaşı xarici ölkə yazıçılarının kitabları əhatəsində ölkəmizin milli kaloritləri ilə bəzədilmiş geniş oxucu zalında keçilirilən mərasimə məkanın abu-havası çökmüşdü.

Tədbiri Afaq Şıxlı haqqında xöş sözlərlə açan Azərbaycan Yazıçılar birliyi Moskva şöbəsinin rəhbəri, “Ocaq”ədəbi cəmiyyətinin sədri professor Tofiq Məlikli mükafatın layiqli sahibini tapdığını söylədi.

“Əslində bütün analar mehribandır. Amma Azərbaycan anaları öz övladlarından başqa özgələrə də bu mehribanlığı, qayğıkeşliyi ilə seçiləndir. Afaq Şıxlı yaradıcılığı ilə bir gənclərimizə yol göstərən örnək ana rolunu oynayır. Mehriban xanım Afaq Şıxlıya elə “Mehriban ana” medalı yaraşır”-dedi.

Mükafatı təqdm etməkdən ötrü Bakıdan gələn “Dədə Qorduq ocağı” fondunun sədri, “Azərbaycan dünyası” jurnalının baş redakoru Eldar İsmayılov Afaq Şıxlının bu ada layiq görülməsi cəmiyyətin idarə heyətinin yekdil qərarı ilə qəbul olunub-deyə sözə başladı.

“Ölkəmizidən kənarda Azərbaycanı layiqincə təmsil edib, millətlərarası dostluğu möhkəmləndirib ona vəsilə olan insanların xidmətləri heç zaman diqqətdən kənarda qalmır və öz mükafatını tapır. Və bu gün mən həmin mükafatı təqdim etmək üçün buradayam” Eldar İsmayılov belə dedi. O, böyük məmnuluq hissi ilə “Mehriban ana” medalını Afaq xanımın boynuna asaraq onu təbrik etdi.

Təşəkkür nitqi ilə şıxış edən Afaq Şıxlı belə bir gündə onun üçün bu mükafatın sürpriz olduğunu söylədi. Mükafatın təqdim edilməsi mərasimi rəhmətlik atası Arif Şıxlının doğum gününə təsadüf etdiyi bildirən şairə onu bu mükafata layiq görən “Dədə Qorqud ocağı” fonduun əməkdaşlarına, onun rəhbəri Eldar İsmayılova minnətdarlıq etdi.

“Mərasmin daha bir sürprizi var”- deyə mükafatın təsisçisi Eldar İsmayılov Bakıdan Moskvaya əliboş gəlmədiyini bildirdi.

“Tofiq müəllim, “”Dədə Qorqud ocağı”fondundakı o “ocaq” kəlməsi sizin “Ocaq”(ğ)ınızdandır. Oradan qor götürmüş bir ocaqdır. Moskvaya hər qədəm qoyanda ilk yada düşən azərbaycanlıları başına toplayan bu “Ocaq”dır. Mənim üçün və düşünürəm ki, hamı üçün bu belədir. Əməyi, zəhməti, biliyi bacarığı ilə Azərbaycana töhfə verən insanlara təqdim edilən bir ali mükafatımız da var-“Vətən oğlu” medalı. Onu da qeyd edim ki, bu mükafat bir çox tanınmış ziyalılarımıza, ictimai xadimlərimizə verilib. Vətəninə xidmətdən yorulmayan vətən oğluna Tofiq Məlikliyə “Vətən oğlu” medalını taxmaqdan şərəf duyuram-deyə Eldar İsmayılov mükafatı təqdim etdi.

Mükafatlandırma mərasimi şirnili-şəkərli çay süfrəsi ətrafında ədəbiyytadan, incəsənətdən, yaradıcılıqdan gedən polemikalarla davam etdi.

Mərasimdə Rusiyada fəaliyyət göstərən diaspor cəmiyyətlərinin nümayəndələri iştrak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
27.12.2013
/Yenises.ru/

FOTOLAR Yenises.ru-nundur
Şairə  Afaq Şıxlıya  “Mehriban ana” mükafatı təqdim edildi
Şairə  Afaq Şıxlıya  “Mehriban ana” mükafatı təqdim edildi
Şairə  Afaq Şıxlıya  “Mehriban ana” mükafatı təqdim edildi
Şairə  Afaq Şıxlıya  “Mehriban ana” mükafatı təqdim edildi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir