Şair-tərcüməçi İlham Bədəlbəylinin kitablarının təqdimatı keçiriləcək


Şair-tərcüməçi İlham Bədəlbəylinin kitablarının təqdimatı keçiriləcək
Tanınmış şair-tərcüməçi, Rusiya Yazıçılar birliyinin üzvü İlham Bədəlbəylinin Moskvada “Paradoksı” və “Qranitsı stran pereletqaya” Kitablarının təqdimatı keçiriləcək.

“Padadoksı” kitabında şairin heç yerdə çap olunmamış şeirləri toplanıb. “Qranitsı stran pereletaya” kitabında isə seçilmiş tərcümələrə yer verilib.

Hər iki kitabın təqdimatı aprelin 24-də Mariya Svetayevanın ev muzeyində keçirilməsi planlaşdırılır. Kitab təqdimatına Moskva ədəbi mühitinin nümayəndələri dəvət olunub. Təqdimatda şairin rus dilində yazdığı şeirlər və Azərbaycan dilindən rus dilinə etdiyi tərcümələrdən ibarət toplusu ətrafında maraqlı diskussiyalar olacağı gözlənilir.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir