Samara vilayəti qubernatoru Şirvan Kərimovu Azərbaycanın Respublika günü münasibətilə təbrik edib



Samara vilayəti  qubernatoru  Şirvan Kərimovu  Azərbaycanın Respublika günü münasibətilə təbrik edib
Dünən -mayın 28-də Samara vilayəti qubernatoru Dmitri Azarov millətlərarası münasibətlər üzrə regional şuranın iclasını keçirib. Pandemiya şəraitində ilk dəfə videokonfrans şəklində keçirilən yığıncaqda milli ictimai cəmiyyətlərin liderləri iştirak ediblər. Onu da qeyd edək ki, regionda 120-də artıq milli və millətlərarası ictimai birlik fəaliyyət göstərir.

Samara qubernatoru Dmitri Azarov son aylarda nəinki Rusiya Federasiyası ərazisindən başqa ölkə vətəndaşlarının çxarıması, əksinə öz həmvətənlərinin də gətirilməsində problem yaşandığını bildirib. “Bu məsələ ilə bağlı Samara vilayəti höküməti RF Xarici işlər nazirliyi , konsulluqlar və səfriliklərlə sıx əlaqə saxlayır və birlikdə hərəkət edir. Xaricdə çətin vəziyyətdə qalan vətəndaşlara hərtərəfli yardım edilir”-deyib.

Görüş çərçivəsində iştirakçılar həmyerlilərinin Rusiyadan Vətənə göndəilməsinin müsbət təcrübəsini paylaşıblar. Samara vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimovun konstruktiv birgəhərəkət təcrübəsi buna misal göstərilib.

Görüş zamanı Samara vilayəti qubernatoru Şirvan Kərimovu 28 May Azərbaycanın Respublika günü münasibətilə təbrik edib. Eyni zamanda şəxsən onun üçün az əhəmiyyətli olmayan – yaranması məhz bu əlamətdar tarixə təsadüf edən Samara vilayəti Azərbaycanıları Liqasının 17 illiyi münasibətilə təbrik etməyi də unutmayıb.

Qeyd edək ki, Samara vilayəti qubernatorunun bu diqqəti orada fəaliyyət göstərən Azərbaycan diasporu-LASO-nun və onun rəhbərinin əməli fəaliyyətinin nəticəsidir. Yerlərdə qubernator səviyyəsində təcrübəsinin örnək göstərilməsi və digər milli birliklər tərəfindən paylaşılması təqdirəlayiqdir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir