Sankt-Peterburqda azərbaycanlılarla taciklər arasında qanlı toqquşma: 2 ölü


Sankt-Peterburqda  azərbaycanlılarla taciklər arasında qanlı toqquşma: 2 ölü
Sankt-Peterburqda azərbaycanlılarla taciklər arasında qanlı toqquşma: 2 ölü

Rusiyanın şimal paytaxtında iki miqrant qrupu arasında düşən davada iki nəfər ölüb. Bu haqda Sankt-Peterburq hüquq mühafizə orqanından məlumat verilib.

Hadisənin 10 iyulda Azərbaycan və Tacikistandan olanları arasında keçirilən futbol oyununun nəticəsindən tərəflərin razılaşmadığı üzündən baş verdiyi bildirilir. Mübahisə bıçaqların açılması ilə daha da gərginləşib.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan biri 32 yaşlı Tacikstan vətəndaşı xəstəxanaya çatdırılarkən təcili yardım maşınında ölüb. Digər bir dava iştirakçısı olan Azərbaycan vətəndaşı isə bu gün xəstəxanada keçinib.

Hadisə Sankt –Peterburqun Leninqrad vilayətinin Nevsk rayonunda, Obuxov dairəsində baş verib.
Hüqüq- mühafizə orqanları şəhərdə profilaktik tədbirlərə başlayıblar. Azərbaycanlıların və taciklərin yaşadıqları yerlərdə polislər yoxlama və sorğu aparırlar.

Ölənlərin və yaralananların kimliyi haqqında məlumat verilmir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir