Sankt-Peterburqda “ÇINAR”ın yubileyi qeyd edilib


Ötən gün Rusiyanın Sankt-Peterburq  şəhərində, bu  şəhərdə fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 25 illik yubiley-konserti kecirilib.

Məlumat üçün bildirək ki, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar”  rəqs ansamblı  1998-ci ildən fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri Xeyransa Mirzəyevanın təşəbbusu ilə yaradılan və fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Pusiyanın digər şəhərlərində, hətta ölkə hududlarından kənarda da Azərbaycan musiqisinin və incəsənıtinin ən fəal təbligatcısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub.

Peterburqun boyük konsert zallarından birində kecirilən yubiley – konsertdən   öncə tamaşacilar Azərbaycan milli mədəniyyətini, adət-ənələrini əks etdirən sərgi ilə da tanış olublar.

Tədbirdə müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun nümayəndələri iştirak edib,  çıxışlarında “Çinar” ailəsinə uğurlar arzulayıblar.

Hicran, Sankt-Peterburq şəhəri


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir