Sankt -Peterburqda erməni repçini bıçaqlayıblar


Sankt -Peterburqda  erməni repçini bıçaqlayıblar
Rusiyanın şimal paytaxtında məşhur repçi Levon Papyanı öldürüblər. İstintaq komitəsi qaynar izlə bu cinayətin üstünü açıb. Bu haqda şəhərin İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

1989-cu il təvəllüdlü kişinin meyidi Telman küçəsindəki 43 saylı evin mənzilində tapılıb. Faktla bağlı RF CM-nin 105-ci maddəsinin 1 –ci bəndi ilə (qətlə yetirmə) cinayət işi qaldırılıb.

Cinayət axatarışı nəticəsində 22 yaşlı Yekaterina Dorofeeva saxlanılıb. Qız ölənin sevgilisi olub və heç bir yerdə işləmirmiş.

İstintaqın gəldiyi qənaətə görə 7 iyunda L.Papyanla Y. Dorofeeva arasında məişət zəminində dava çıxıb, Yekaterina bıçaqla oğlan dostunun sinəsindən vurub. Levon aldığı yaradan yerindəcə keçinib.
Hazırda cinayətdə şübhəli bilinən şəxsə barəsində cinayət işi qaldrılıb və istintaq komitəsi onun haqqında ittihamnamə hazirlayır.
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir