Sankt-Peterburqda toyqabağı gəlini qaçırtmaq üstündə azərbaycanlılar dava edib


Sankt-Peterburqda  toyqabağı gəlini qaçırtmaq üstündə azərbaycanlılar dava edib
Bu haqda Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan məlumat veriblər. Diplamatlar onu da qeyd edirlər ki, bu milli-adət ənənədən irəli gələndir. Niyə bu böyük konfliktə səbəb olub-indi o, araşdırılır.

Yenises.ru-nun Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə bu gün axşam 30 yaxın adam məsələni aydınlaşdırmaq üçün “Çistıye prudı” kafesində toplaşıblar. Bir az sonra hadisə yerində travmatik tapança, beysbol dəyənəyi, bıçaq tapılıb. Münaqişə nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alan 5 nəfər Azərbaycan vətəndaşları-Səməndər və Bəhruz Tağıyevlər, Mirqus Atakişiyev, Zəfər Allahverdiyev və Elvin Məmmədovdur. Onları müxtəlif dərəcəli bədən-xəsarəti ilə xəstəxanaya aparıblar.

Hadisəni isti izi ilə münaqişədə iştirak edən 28 nəfər saxlanılıb. Onlardan 32 yaşlı Füzuli Tağıyev və 35 yaşlı Vüqar Tağıyev şübhəli şəxs qismindədirlər. Axtarış zamanı axırıncının maşınında travmatik tapança və hamarluləli silah tapılıb.

Hadisə ilə bağı cinayət işi qaldırılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir