Senator Djon Makkeyn İran prezidenti Əhmədinicatı meymuna bənzətdi


Senator  Djon Makkeyn  İran prezidenti  Əhmədinicatı meymuna bənzətdi
ABŞ-ın Respublikaçılar partiyasının üzvü Djastin Emaş partiya həmkarı senator Djon Makkeyni Twitter-dəki bloqunda İran prezidenti Mahmud Əhmədinicatı memunla müqayisə etdiyinə görə rasizmdə günahlandırıb. Bu haqda Assoşieyted Press agentliyi məlumat verib.

Əhmədinicat İran astronavtlarının kosmosa uçuşla bağlı milli çərçivədəki proqramlarına görə birinci iranlı astronavt olmaq istədiyini bəyan edib. Bundan bir həftə əvvəl isə İran KİV-i sınaq üçün kosmosa göndərilən meymunun Yerə endiyi haqqında məlumat vermişdi.

“Beləliklə, Əhmədinicat kosmosa uçan birinci iranlı olmaq istəyir,-bəs ötən həftə orada olan o deyildimi?”- deyə Makkeyn İran prezidentinin bəyanatını şərh edib. Senatorun bu tviti sosial şəbəkələrdə etiraz dalğası yaradıb. Makeyyn bunun bir zarafat olduğunu, lakin hamının yanlış yöndən anladığını qeyd edib.

“Belə rasist səhvlər buraxmamaq üçün, Sizin susmağınız lazımdır” –deyə partiya həmkarı Emaş Makkeynin sözlərinə sərt reaksiya verib.

Respublikaçı-senator Djon Makkeyn 2008-ci il ABŞ prezident seçkilərində Barak Obamanın ən başlıca rəqiblərindən olub. O, Rusiya və İrana əks mövqedə dayanan siyasətçi kimi də məşhurdur. İran Respublikası başçısının ünvanına dəfələlə kəskin bəyanatlarla çıxış edib. Bundan əlavə o Rusiyanın “Böyük səkkizlikdən” çıxarılması ilə bağlı da fikirlər səsləndirib. Həmçinin RF rəhbərliyini Muammar Kaddafi rejimi ilə müqayisə edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir