Sergey Lavrov Qətərlə diplomatik əlaqələrin kəsilməsinə münasibət bildirdi


Sergey Lavrov  Qətərlə diplomatik əlaqələrin kəsilməsinə münasibət bildirdi
Qətərlə diplomatik əlaqələrin kəsilməsi – ona bu münasibətdə olan ölkələrin öz işidir-deyə RF XİN başçısı Sergey Lavrov bəyan edib.

“Bu onların öz işidir. Bu o ölkələrin ikitərəfli münasibətidir. Biz bu qərara qarışmırıq. Baxmayaraq ki, dünyada bütün hadisələrdə bizdən şübhələnirlər, lakin sizi inandırıram ki, bu belə deyil””. Nazir bu sözlərlə Moskvanın bu məsələyə qarışmaq fikrində olmadığını ifadə edib.

Xatırladaq ki, bazar ertəsi Bəhreyn Qətəri terrorçulara yardım etməkdə günahlandırıb və Doha ilə diplomatik əlaqələrini kəsib. Onun ardınca bir sıra ölkələr- Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Yəmən, Liviya və Maldiv Respublikası eyni addımı atıblar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir