Serj Sarqsayn Reuters agentliyinə Azərbaycanın “dəhşətli sayda” silah və ordusundan danışdı


Serj Sarqsayn Reuters agentliyinə  Azərbaycanın “dəhşətli sayda” silah və ordusundan danışdı

Erməni saytı panarmenian.net Ermənistan prezidentinin Reuters agentiyinə müsahibəsindən bu çıxarışları verib. Ermənistan prezidenti Serj Sarqsyan müsahibəsində Azərbaycan Dağlıq Qarabağa qarşı yeni müharibə təhlükəsi ilə hədələyir deyə bəyan edib. Reuters agentliyinə müsahibəsində Ermənistan lideri Azərbaycanın “dəhşətli sayda ” silah topladığı və hərbi əməliyyatın astanada olduğunu bildirib. Onun sözlərinə görə Ermənistan Qarabağ münaqişənin dinc yolla qaydaya salınması mövqeyindın çıxış edir və gücünü buna sərf etməkdən təəssüf etmir.

“Bu gün atəşkəs müqaviləsinin imzalamanmasından 18 il keçdikdən sonra Azərbaycan yeni müharibə ilə hədələyir. Mən azərbaycanlıların ermənilərə nifrətindən danışanda, mən Azərbaycanın millətçiliyindən danışanda, mən Bakının münaqişəninin həllində güc yolunu seçib hərbi əməliyyatları yenilələyəcəyindın danışanda, bu o demək deyil ki, problemin həllində sülh danışıqlarını davam etdirmək lazım deyil”-deyə Serj Sarqsyan söyləyib.

Ramil Səfərovun əhv olunması ilə bağlı danışanda Ermənistan prezidenti qeyd edib ki, bu insident göstərir ki, heç bir halda Qarabağ Azərbaycanın tərkininə girə bilməz.

Qarabağ probleminin həllini görəcəyinə əmindirmi- sualının cavablnda, Serj Sarqsyan deyib: “Əminəm”. “Hər halda umidvaram ki, Qarabağı heç vaxt Azərbaycanın tərkibində görməyəcəyəm, bu da öz-özlüyündə uğurdur”-deyə bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir