Şimali Koreyada 80 nəfər edam edilib


Şimali Koreyada 80 nəfər  edam edilib
Koreyanın bu güngü lideri Kim Çen In hakimiyyətə gələndən ölkədə edamlar kütləvi xarakter alıb.

Ümumilikdə 80 adamın edamı Şimali Koreyanın 7 şəhərində həyata keçirilib.

Noyabrın əvvəlində ölüm hökmünə məhkum olunanların əksəriyyəti Cənubi Koreya televiziyasına baxmaqda günahlandırılıblar-, deyə “JoongAng Ilbo” xüsusi mənbədən aldığı məlumata əsaslanaraq yazıb.

Şəhərlərin hər birində noyabrın 3-də on nəfərə yaxın insan güllələnib. Edamlardan biri ictimai şəkildə stadionda 10 minlərlə insanın gözü qarşısında yerinə yetirilib. Mənbə bildirir ki, Koreya Xalq Demokratik Respublikası höküməti insanları rejimin düşmənlərinin aqibətini izləmək üçün stadiona gəlməyə məcbur edib.

Bununla yanaşı paytaxtda güllələnmə hadisəsi həyata keçirilməyib. O da qeyd edilir ki, Kim Çin Inın hakimiyyətə gəldiyi vaxtdan bu həyata keçirilən ilk ən böyük “kütləvi təmizləmə” aksiyasıdır.

Avqustun sonunda KXDR-da iki güllələnmə aksiyası olmuşdu. O zaman rejimin qurbanları vətənpərvər mahnilar oxuyaraq qeyri-ciddi xarakterli çəkilişlərdə iştirak edən iki musiqi qrupu olmuşdu. Deyilənlərə görə güllələnənlərdən biri Şimali Koreya liderinin atasının təkidi ilə ayrıldığı keçmişdə sevdiyi qız olub.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir