Simonyan aşağı pensiyadan şikayət edənləri tənqid etdi


“Hələ bunu da verirlər şükür edin!” Jurnalist pensiyanın  ölçüsünün  90-larla müqayisədə hətta çox olduğunu da deyib. Hansı məntiqlə? Bunu da baş redaktor və özünü hökümətin adından danışmağa səlahiyyətli bilən söyləyib.

RT-nın baş redaktoru  Marqarita Simonyan pensiyanın aşağı olmasından şikayətlənən  rusları tənqid atəçinə tutub. Öz fikrini  həmkarı Solovyovun “Solovyev –Life” efirində dilə gətirib.

Vətəndaşlar 90-cı illərdə necə yaşadıqlarını yadlarından çıxarıblar-deyə  pensiyanın miqdarından şikayətlənənlərə üz tutub.

“Bəli, onlar (pensiyalar) azdır. Amma əvvəlkinə baxanda çoxdur. Hətta bir zamanlar heç onu da ödəmirdilər, bunu unudublar?”- jurnalist  Simonyan belə deyib.

Onun sözlərinə görə  ölkədə  pensiyalar artacaq, ancaq bunun üçün ölkəmizdə  qarışıqlıqsız normal inkişaf zamanı olması vacibdir”.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir