Moskvanın mərkəzində tarixi bina yandıMoskvanın Periçistenko küçəsində bərpa edilməkdə olan tarixi bina bu gün yanıb. Bu hqada RİA Novosti-yə təcili təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandıDonetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.

Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ
Rusiyada  boş butulkaların mağazalara təhvili məsələsi gündəmdə
Boş butulkalar qiymətə minir. Rusiyada boş taralaırn geri verilməsi layihəsi hazırlanır. Sövet təcrübəsi geri dönür.

Baş nazir Dmitri Medvedev aidiyyatı nazirliklərə bu məsələ ilə bağlı tapşırıq verib.

Rusiyanın baş naziri Dmirti Medvedev təbii resurslar və ekologiya nazirliyi, sənaye və ticarət nazirliyi və eləcə də istisadi inkişaf nazirliyinə əhalidən polimer və şüşə butulkaların ticarət şəbəkələrinə təhvil verilməsi məsləsi ilə məşğul olmağı tapşırıb. Bu haqda Rusiya KİV məlumat verib.
Rusiya müdafiə nazirliyi orduya çağırışı qaydalarını sərtləşdirir
Rusiya müdafiə nazirliyi orduya çağırışı sərtləşdirməyi planlaşdırır. Bu haqda "İsvestiya" qəzeti məlumat verir.

Nəşrin verdiyi məlumata görə qurum tibbi anketə nəzarət təqtbiq etmək istəyir.
TEREZA MEY İSTEFA ETDİYİNİ RƏSMƏN AÇIQLADI
Böyük Britaniyanın baş naziri Tereza Mey Koservativ partiyasından isetfa etdiyini rəsmən açıqlayıb. Bu onun baş nazir postunu da tərk etməli olacağına dəlalət edir. Partiyanın yeni lideri və baş nazirin seçilməsi proseduru istefadan bir həfrə sonra başlayacaq.

Mey Brexit-in həyata keçirilməsinə nail olmaq üçün çox səy göstrdiyini, lakin başarılı ola bilmədiyini etiraf edib. O, onu da qeyd edib ki, Britaniyada ikinci baş nazir qadın olmaq onun üçün şərəfdir və əlbəttə bu sonuncu olmayacaq.
Ukraynada Zelenskinin istefası ilə bağlı petisiya imzalanır
Çoxluğun seçdiyi prezidenti çoxluq istəmir əslində. Ukrayna liderinin saytında yerləçdirilmiş petisiyada belə deyilir. Bu haqda Ukrayna KİV-nə istinadən xəbər verilir.
Fuad Abbasovu kim müdafiə edir?
Yaxından tanıdığım, zaman –zaman vaxtaşırı, bir müddətdən sonra ara-sıra ünsiyyətdə olduğum Fuad Abbasov və fəaliyyətini sadəcə izləyirdim. Hər kəsin doğru- yanlışlarını süzgəncdən keçirib, kimin haqlı, kimin haqsız olmasını üzə çıxarmaq zaman və araşdırma məsələsidir. Əli qələm, dili söz tuta bilən və bilməyən bir çoxlarından fərqli “kimin və ya nəyin fonunda görünüm xəstəliyindən” uzaq sağlam baxışlarla hadisələr diqqətimdəydi. Lakin... Nə dərs vermək, nə yol göstərmək, nə çağırış etmək kimi missiyanın məsuliyyəti altına imza atmaq ambisiyam da yoxdur. Bunun indi adına cəsarətsizlik və ya qorxaqlıq deyəcəksiniz-siz bilirsiniz. Heç ehtiyatlılıq da deyil. Sadəcə kiminlə yola çıxmaq olar? Kimə etibar etmək olar? Hansı alt məna gizlənib bunun arxasında? Oyundurmu, ya gerçəklik?
Bu qarmaşıqlıqda özümə verdiyim bu suallara cavab tapa bilmədiyim səbəblərdən dolayı “hökm” çıxarmayacam! Bunları yazmaqla baş verənlərə münasibətimin birmənalı olmadığını bildirmək istədim. Mənim və ya başqalarının münasibətini, münasibətsizliyini qoyaq bir kənara.
Saakaşvili Zelenskinin Ukrayaya qayıtmaq çağırışına birinci cavab verdi

Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır...Nə zaman? O haqda məlumat verməyib.

Gürcüstanın keçmiş prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukraynaya qayıtmağa hazırdır. Yeni hökümətə özünün videomüraciətini Youtube-da dərc edib.
ABŞ "Şimal axını-2" qarşı sanksiya planlaşdırır
Amerika höküməti "Şimal axını-2" layihəsinə qarşı sanksiya tətbiq etmək fikrindədir. İnterfaks bu haqda məlumat verib.

Bloomberg agentliyi xəbər verir ABŞ-ı energetika naziri Rik Perri Kiyevdə çıxışı zamanı bəyan edib ki, yaxın zamanlarda ABŞ "Şimal axını-2" layihəsini məhdudlaşdırmaqdan ötrü qanun layihəsi hazırlayır.

Onun sözlərinə görə qanun layihəsi "Şimal axını-2" layihəsi ilə iş aparan kompaniyalara agır məhdudiyyətlər qoymağı nəzərdə tutur.

Perri onu da bəyan edib ki, Vaşınqton bu qaz kəməri layihəsinə qarşı sanksiya tətbiqini də düşünür. O, onu da vurğulayıb ki, ABŞ Rusiyanın Ukrayna qaz nəqliyyatı sistemindən yan keçərək Avropa ittifaqı ölkələrinə nəql edtməyi nəzərdə tutan "Şimal axını-2" və "Türk axını" qaz kəmərinin tikintisinə qarşıdır.

Vladimir Zelenski ABŞ nümayəndə heyəti ilə görüşdə Rusiyaya qarşı antirusiya sanksiyasını sərtləşdirməyə çağırmışdı.

Yenises.ru
Belorusiyanı "Eurovision -2019" yarışmasında  səsvermədən kənarlaşdırdılar
Musiqi yarışmasını təçkilatçılarının belə bir qərar verməsinə səbəb milli münsiflərin səsvermə haqqında informasiya ötürməsi olub.

"Eurovision -2019" müsiqi yarışmasının təşkilatçıları Belorusiyanı beynəlxalq yarışmanın səsverməsindən uzaqlaşdırıb. Bu qərara səbəb isə yarışmanın şərtlərinə görə münsiflərin artistlərə verdiyi səslərin tamaşaçı səslərinin yekununa qədər gizli saxlanmasının pozulması olub. Bu haqda kp.ru məlumat yayıb.
LAÇIN-Bu günün nağılının  var olanının  yoxluğu

Düz 971 il əvvəl 18 Mayda Ömər Xəyyam doğuldu...
Düz 215 il əvvəl bu gün Napaleon Fransanın imperatoru oldu.
Düz 424 il əvvəl bu tarixdə Rusiya ilə İsveç arasında Tyavzin sülh müqaviləsi bağlandı, Rusiya itirilmiş torpaqlarını geri aldı...
Və bu günün 27 il gerisində Ermənistan ordusu Laçın karidorunu ələ keçirtdi..(Sonuncu bizim üçün yazılan, bizim tariximizin payına düşən bu günün xronologiyasıdır).
ABŞ "Şimal axını-2"-yə qarşı qanun layihəsi hazırlayır
Amerikalı senatlar Ted Kruz və Jin Şahin "Şimal axını-2 qaz kəmərinə qarşı qanun layihəsi hazırlayıblar. Bu haqda Foreign Policy məlumat verib.

Məşrin xəbərində deyilir ki, senatorlar qaz kəmərinin tikintisində iştirak edən kompaniyalara qarşı sanksiya tətbiq edilməsini təklif edirlər.

Sənəddə həmçinin "Şimal axənə-2"-nin tikintisinə dəniz gəmilərini icarə verən şəxslərin maliyyə hesablarının donduruması na da baxılacağı qeyd edilir.

Bununla yanaşı, qanun layihəsində həmin gəmilərə malliyə yardımı göstrən kəslərə qarşı da qadağalar qoyulması təklif olunur.

Nəşrin məlumatlnda sanksiyanın "Türk axını"na qarşı da tətbiq ediləcəyi bildirilir.

Bir müddət əvvəl ABŞ -ın "Şimal axını-2"-nı dayandırmağı qərara alması haqda məlumat verilmişdi.

Yenises.ru
Jurnalist Sergey Dorenko motosikl qəzasında öldü
"Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko bu gün Moskvada motosikl qəzasında həyatını itirib. Bu haqda TASS agentliyi məlumat verib.

Mash saytının yazdığına görə Sergey Dorenko Triumph motosiklində gedərkən qəza törədib. "VKontakte" məlumat verir ki, belə bir motosikl "Zemlaynoy val" küçəsində qəzaya uğrayıb. TASS agentliyinə danışan mənbənin bildirdiyinə görə juralistin ürəyi ilə bağlı problem olub və o, motosikldən yıxılıb.

"Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov yazıb ki, Dorenko yolun ona aid olmayan qarşı hissəsinə keçib və bardürlə toqquşub.

YENİSES.RU
Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Biz sənə gələ bilmədik, barı sən gəl, Şuşam!

Sabah olacaq.. Bu gecənin səhəri üzümüzə Şuşanın yoxluğu ilə açılacaq.
Şeremetev aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb-13 ölüGazeta.ru-nun verdiyi məlumata görə Moskva Murmansk reysi ilə Şeremetev aeroportundan uçan Sukhoi Superjet 100 təyyarəsi havaya qalxandan 28 dəqiqə sonra təcili eniş edib. Təyyarə enəndən dərhal sonra yanmağa başlayıb.

Qəza baş verəndən sonra sərnişinlər şişirdilmiş pilləkənlə 55 saniyə içərisində evakuasiya ediliblər. İnternetdə yanan laynerin videoçarxı paylaşılıb. Kadrdan görünür ki, sərnişinlərdən biri təyyarənin qanadında baş verən alov dilimlərini lentə alır. Bundan başqa adamların qışqırığı eşidilir.

Şeremetev aeroportunda baş verən bu hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Sərnişinlərin doğmaları üçün qaynar telefon xətti açıqdır: +7 495 232-65-40

Yenises.ru
Kolomoyski Ukraynaya qayıdır-bu gün
Vladimir Zelenskinin namizədliyinin irəli sürülməsi ilə bağlılığı olduğu söylənilən biznesmen İqor Kolomoyski bu gün Urkaynaya qatıdır.
Tarix : 7-02-2014, 01:04
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.


Mübariz İbrahimov 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə geri dönüb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə yollanıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitləri üzərinə hücum edir, çox sayda düşmən döyşçüsü məhv edir. Düşmən tərəfi üstünə bir bölük ordu gəldiyini düşünür. Erməninin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Ermənilər içərissində vahimə yadaran igid Azərbaycan oğlunun meyidini bir müddət ermənilər verməyərək saxlamışdılar. Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Azərbaycanın igid oğlu Mübariz İbrahimov noyabr ayının 7-də Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.

Vətən belə igid oğulların çiyni üstündə dayanır! Allah rəhmət eləsin!

/Yenises.ru/




Baxış: 6095 | Bölmə: Siyasət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru