Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir
Politoloq Aleksey Çesnakovun Vladislav Surkovun dövlət qulluğundan istefa etdiyi barədə verdiyi xəbəri RF prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etdi.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezident köməkçisi Vladislav Surkovun istefası barədə xəbərlərə cavab verib. Peskov TASS-a bildirib ki, Surkovun istefası barədə hər hansı bir qərar yoxdur. O, prezident köməkçisinin istefası haqda məlumatının olmadığını da vurğulayıb.
Putinin köməkçisi Surkov dövlət qulluğundan istefa verdi
Rusiya prezidentinin köməkçisi Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa edib. İnterfaks xəbər verir ki, bu barədə Siyasi şərait Mərkəzinin direktoru Aleksey Çesnakov açıqlama verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində siyasi kursun dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir aydan sonra məlumat verəcəyini deyib.


"Növbəti ay ərzində o, meditasiya ilə məşğul olacaqdır", - Chesnakov öz Telegram kanalında bunları yazıb.

Yanvar ayında Vladislav Surkov Abxaziyadakı siyasi böhranı həll etmək üçün Suxumiyə gəlmişdi.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət onun səlahiyyətində idi. Bundan əvvəl, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.

YENİSES.RU
Türkiyənin Elazığ bölgəsində güclü  zəlzələ baş verib
Elazığda zəlzələ nəticəsində ölənlərin sayı artır.

Türkiyə, dünən axşam saat 20.55 radələrində Elazığdan gələn zəlzələ xəbəriylə sarsıldı. Kandillidən veriən məlumatlarına görə Elazığda baş verən zələzələ 6.8 bal gücündə olub. Kilisdən Samsuna İraqdan Suriyaya qədər çox böyük bir bölgədə hiss edilən zəlzələ Elazığ və Malatyada dağıntılar yaradıb. İlkin xəbəbrlərdə zəlzələdə i 18 nəfər ölmüş, 555 nəfər yaralanmışdır. Zəlzələ sonrası yeraltı təkanlar 97 dəfə təkrar olunub. Təbii fəlakət bölgəsinə yollanan daxili işlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum, Elazığdakı zəlzələdən sonra açıqlama veriblər.

Nazir Soylu, "İndiyə qədər Malatyada 5 və Elazığda 10 adam öldüyünü bildirib. O, Elazığda 30 vətəndaşın axtarış və xilasetmə işləri davam etdiyini də qeyd edib. Səhiyyə naziri Fahrettin Koca, "Ağır yaralılardan üçünün Malatyadan, ikisinin Elazığdan olduğunu deyib. . Ölü sayının artacağı da verilən xəbərlər sırasındadır.

Son məlumatlara görə Elazığda 2 nəfər infarktan , 13 nəfər isə zəlzələnin dağıntıları nəticəsində həyatını itirib. Malatyada isə ölü sayı 5 nəfərdir.

Yenises.ru

Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
Tarix : 26-11-2015, 15:23
24-DƏ VURULAN SU-24 BOLGƏNİ ÇALXALADI
Dünəndən etibarən Rusiya-Türkiyə münasibətlərində yeni, təəssüf ki, qanlı səhifə açıldı. Səmasında yüzlərlə təyyarənin labirintlər cızdığı başıbəlalı Yaxın Şərq dünənə qədər bir-birinə qonşu, dost deyən iki ölkənin də arasına nifaq toxumu əkdi. Rusiyanın hərbi təyyarəsini vuran Türkiyə əslində çox böyük fitnəkarlığin qurbanı oldu.

Doğru deyirlər, məhəbbətdən nifrətə gedən yol çox qısadır. Dünənə kimi milyonlarla rusun doğma hesab etdiyi Türkiyə bir anda qatı düşmənə çevrildi. Təyyarənin vurulması haqq qazandırılmayacaq insidentdir şübhəsiz. Amma məsələ təkcə təyyarənin vurulması ilə bitmir, əksinə, körüklənir. Bütün keçmişin acısı, nifrəti, incikliyi üzə çıxır, gəlbində yüz ilin uydurma kinini daşıyanlar fürsətə gəl-gəl deyir.

Bütün teleməkanda hərarət böhran vəziyyətindədir. İnsanlar zombiləşmiş kimi yalnız qisas şüarları püskürür. Spartak zamanında manejə çıxıb qulların bir-birini öldürməsinə qarşı durmaq istəyən keşiş necə daşqalaq edilmişdisə, indi də insanları təmkinə, soyuqqanlılığa çağıranları o daşqalağa tuş edırlər.

Əslində qeyri-bərabər, qeyri-mütənasib savaş gedir dünyada. Bir tərəfdə islam adını bayraq edib, islam əhlini islamın günah saydığı şəkildə qətlə yetirən güclər, bir tərəfdə o gücləri zərərsizləşdirmək adına yola çıxıb, “bulanıq sudan balıq tutmaq” istəyənlər, o biri yanda heç bir günah işləmədən bombalara, qəlpələrə qurban gedənlər, arxa planda, pərdə arxasında isə dəbdəbəli binalarda bu yanğının fakturasını kəsənlər. İndi açıq görünməsə də Türkiyə ilə Rusiya qarşıdurmasını hazırlayanlar, bu iki dövlətin qısganclıq yaradacaq qədər yaxınlaşmasından narahat olanlar “əllərinə xına qoya bilərlər”. Rusiyanın SSRİ-dən sonrakı müstəgilliyi dövründə ən yaxın ticarət tərəfdaşı, əhalisinin xeyli hissəsinə doşmadan doğma ev sahibliyi edən Türkiyə birdən-birə “nankor çıxdı”. Bir dəqiqə! Tələsməyin.

Doğrudanmı birdən-birə? Doğrudanmı dönüklükdən? Kimin səhvi olmur? İtki nə qədər acı olsa da, gözlərimizi nifrət dumanı örtməsin. Bizim, sizin, o tərəfin, bu tərəfin mövqeləri necə olursa olsun, insan tələfatı hansı tərəfdən olursa fəlakətdir və idealda heç bir insan öldürülməməlidir. Nə rus pilotu, nə dünyada baş verənləri anlamayan türkmən uşağı. Hələ bu ölümlərin neçə sağlara çəkilməz əzablar gətirəcəyini düşünsək?! Övladını itirən valideynlər, atasını itirən uşaqlarla bərabər, Rusiya ilə Türkiyə arasında ayrılıq xətti görməyən, görmək istəməyən milyonlarla insanlar. Mübaligəsiz demək doğrudur ki, son iyirmi ildə rus-türk münasibətləri din, dil fərqlərinə baxmayaraq Rusiyanın slavyan ölkələri ilə münasibətindən daha yaxın və məhsuldardır. Doğrudanmı bunu hamının bəh-bəhlə qarşılamasını gözləyirsiniz? Kölgəsi kabus kimi dolaşan güclər bu dəyirmanın suyunu kəsmək üçün çoxdan əldən-ayaqdan gedir. Amma yaranmış vəziyyət quzğunların çözəcəyi vəziyyət deyil. Hirsli başda ağıl olmaz deyiblər. Təyyarənin vurulması ilə ambisiyalarına zərbə dəyən quzğunların hirsi asanlıqla soyumaz və Allah göstərməsin, yeni, daha dəhşətli səhvlər törətməyə hazır olarlar. İndi meydan şülh göyərçinlərinindir. Bu missiyanın da ən əsas daşıyıcısı və ifacısı yersiz münaqişənin hər iki tərəfinə doğma və yaxın olan Azərbaycan və onun rəhbərliyidir. İlham Əliyevin Rusiyaya və Türkiyəyə səmimiyyətinin sübuta ehtiyaçı yoxdur. Bolgənin əsas güclərinin mənafelərinə sayğı ilə yanaşan, eyni zamanda öz problemlərinin həllində belə Rusiyanın və Türkiyənin dəstəyini əsas tutan, ən çətin vəziyyətlərdə belə diplomatik təmkinini pozmayan Azərbaycan prezidentinin diplomatiyada “məkik toxuma”sı (челночная дипломатия) vəziyyəti sakit danışıqlar müstəvisinə gətirə biləcək yeganə meyardır. Qəribə görünsə də nisbətən sakit, soyuqqanlı imici qazanmış rus təbiəti ilə türk təbiətini bu gün iki çılğın rəhbər, adətən çılğın sayılan Qafqaz təbiətini isə soyuqqanlı rəhbər təmsil edir. Bu baxımdan onların bir araya gəlmə ehtimalı mümkün görünür. Təkcə bölgənin deyil, dünyanın gələcəyi və təhlükəsizliyi üçün bu görüşlər fövqəladə zərurət daşıyır. Əks təqdirdə orta əsr mövhümatının “diş əvəzinə diş, göz əvəzinə göz çıxarılmalıdır” (“əssinnə bissinni, vəl eynə bil eyni vəl cüruhə qisas”) zamanı deyil və televiziyada ağzı köpüklənə-köpüklənə qisasa çağıranların cilovlanmağa ehtiyacı var.

Quru-quru qurbanın olum demək asandır. Bu gün 24 noyabr insidentinin dünya yaddaşında böhran hərarəti kimi deyil, sadəcə qaynar nöqtədə hərbçilərin səbrsizliyi kimi qalması üçün bütün sağlam iradə səfərbər olmalıdır.

Aşağıda 24 noyabr insidentindən dərhal sonra təşkil etdiyimiz dəyirmi masada ağla gələn ilk sualların müzakirəsindən xülasəni veririk. Masanın ətrafına jurnalistlər Tünzalə Vəliqızı, Aydın Mehdiyev və Cəfər Sadıq toplanmışdı.

Cəfər Sadıq: Bu hadisə Suriya problemində mövqeləri çarpışan Rusiya-Türkiyə münasibətlərini çox kritik müstəviyə daşıdı. Hətta dünyanın siyasi konturlarının yenidən cızılması nöqtəsinə gətirib çıxaracaq qədər vahiməli bir durum söhbət mövzusudur. Rusiya prezidenti Putinin Soçi görüşməsi zamanı ona sərt reaksiya verməsi bu olayın xoşəgəlməz məcraya yönələ biləcəyindən xəbər verir. Məni bu insidentlə bağlı bəzi suallar maraqlandırır. Əgər doğrudan da Rusiayaya məxsus Su-24 təyyarəsi Türkiyə sərhəddini pozmayıbsa, Suriya hava ərazisində onu vurmaq Türkiyəyə lazım idimi? Doğrudanmı rus təyyarələrinin odsaçan yükü hamının ümid etdiyi kimi terrorçuları vurur və dinc əhalinin bombardmana məruz qalması kiminsə fantaziyasıdır?

Aydın Mehdiyev: Məni isə bu hadisənin İranda qaz idxal edən ölkələrin sammitindən sonra və Lavrovun İstanbul səfərindən əvvəl baş verməsininin təsadüf olub olmaması düşündürür . Bunlar arasında hər hansı bir bağ varmı?

Tünzalə Vəliqızı Bu situasiyada Türkiyə ilə qardaş, Ruisya ilə strateji müttəfiq olan və bu vaxtacan xarici siyasətində disbalansı qoruyan Azərbaycanın ürəkaçmayan tablo ilə qarşılaşacağı faktorunu da yaddam çıxarmamaq gərəkdir. Münasibətlər gözlənilməz xarakter alarsa, öz hava ərazisindən Rusiyaya yol verən Azərbaycan seçim qarşısında qalacaq və o zaman bu durumda hansı addımı atacaq?

Cəfər Sadıq: Bu hadisəyə qiymət və ya hər hansı proqnoz vermək hələ tezdir. İndiki halda iki tərəf də öz haqlılıqlarını ortaya qoyur. Biri sərhəddini qoruduğu, o biri isə İŞİD-ə qarşı mübarizə aparan rus hərbi qüvvələrinin Türkiyə üçün təhlükə yaratmadığı fikrində israrlıdır. İŞİD-ə qarşı mübarizə aparan Türkiyə Rusiyanın bu terror qruplaşmasının mövqeyini bombalamağa getdiyini bildiyi halda, onu vurması nə qədər doğrudur? Nəzərə alsaq ki, Türkiyə büdcəsinin müəyyən hissəsi Rusiya turizmindən yararlanır. Bu Türkiyənin öz budcəsinə "güllə vurması" deyilmi?

Tünzalə Vəliqızı:Rusiya qazının Almaniyadan sonra ikinci alıcısı olan Türkiyə olduğu faktını da buna əlavə etsək, bu münasibətləri gərginləşdirmək “hansısa 3-cü qüvvələrin işidir”- ehtimalı üzərində düşünməyə də əsas verir, məncə?

Aydın Mehdiyev: G20 görüşməsinə ev sahibliyi edən Türkiyənin ən dəyərli qonağı Obamaya münasibəti rakursundan baxanda, Ərdoğanın bu sərt qərarının (rus təyyarəsini vurması) arxasında kimlərdənsə divident qazanması istəyi də ola bilər kimi görünür.

Hadisə baş verib. Əsas həyəcanverici olan bundan sonrakı mərhələdə, sözün əsl mənasında dünənə kimi dost münasibətində olan iki ölkə arasında yaşanan bu kritik olayın nələrə səbəb olacağı, hansı nəticələri doğuracağıdır.

08.08.2008-də Saakaşvilinin çıxışından sonra Rusiyanın 3 günlük Gürcüstana girərək əməliyyat aparması tarixi faktına istinad etsək, bu yeni bir münaqişə ocağının yaranmasına gətirib çıxarmazmı?

Tünzalə Vəliqızı Rusiya Türkiyə münasibətlərinə iqtisadi müstəvidəki uyumluluğu ilə siyasi müstəvidəki bəzi uzlaşmayan yöndən yanaşsaq, hansı ki, Əsəd rejimini dəstəkləyən Rusiya qarşısında dayanan Türkiyənin zaman-zaman göstərdiyi təmkinliliyini birdən-birə pozmasına təkan verən hansısa amil olmalı? Yəni təyyarə ilə bağlı bundan əvvəl də belə bir hadisə yaşanmış, o zaman sadəcə diplomatik qaydada xəbərdarlıqla bitmişdi.

Cəfər Sadıq: Bayaq söylədiyim fikrə qayıtmaq istəyirəm. Məsələyə sırf iqtasidi prizmadan yanaşmaq doğru olmasa da, bu amili gözardı etmək olmaz. Türkiyənin Su-24 təyyarəsini vurmaqdan qazandığı aktiv turizm və digər iqtisadi layihələrdən aldığı gəlirdən vaz keçəcək qədər dəyərlidirmi? Əslində iddia edildiyi kimi, Türkiyə sərhəddini (bundan əvvəl də yaşanmış olay var) bilməyərəkdən keçərək 5 dəqiqə ərzində orada uçan rus təyyarəsi bu "ehtiyatsızlıqla" İŞİD-in mövqelərini dəqiqliklə vura biləcəyinə də kölgə salır.

Tünzalə Vəliqızı: Qeyd edək ki, Ruisya prezidenti Türkiyənin bu hərəkətini, arxadan zərbə kimi qiymətləndirərək ona “lazimi” cavab veriləcəyini dedi. Hadisədən sonra Türkiyənin baş naziri Əhmət Davutoğlunun niyə Rusiyaya deyil, NATO və BMT-yə müraciətini Putin oların "dost olmadıqlarının" göstəricisdir kimi vurğuladı. Ən aktual və çox sorulan -Putinin sonrakı addımı nə olacaq- sualı hadisə tam aydınlaşandan sonra cavabını tapacaq. İllərlə böyük əmək sərf edərək qarşılıqlı əlaqələrini qonşuluq və dostluq çərçivəsində qurmaq istiqamətində çalışan, hətta Türkiyəni Avrasiya iqtisadi ittifaqına girəcək qədər istəkli hala gətirən, "Cənub axını", "Akkuyu" AES kimi üzünmüddətli layihələrin gerçəkləşməsinə həvəsli olan iki ölkə arasındakı soyuqlaşan münasibətlərə qiymət verərkən diqqətli olmaq lazimdir. İsti başla deyil soyuqqanlılıqla həll ediləcəyinə istiqamətlənən fikirlər səsləndirmək indiki halda bu olayın özündən heç də az əhəmiyyətli deyil. Münaqişə və müharibələri çox vaxt siyasilər başlayır, hərbçilər davam etdirir-fikri özünü doğrultmaz sanıram. Ümid edək ki, bu dəfə hərbçilərin başlatdığı müharibəni siyasilər sakitləşdirəcək və barışdıracaq.

Yenises.ru Analitik İnformasiya şöbəsi




Baxış: 1191 | Bölmə: Siyasət, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru