Ukraynada Su-27 təlim zamanı qəzaya uğrayıb
Ukraynanın Vinnitsi vilayətində Su- 27 təyyarsinin qəzası zamanı həlak olan pilotlardan biri ABŞ Milli qvardiyasının hərbçilərindən olduğu barədə RİA "Novosti"-yə Ukrayna silahlı qüvvələrinin (USQ) baş qərargahından məlumat veriblər.
Torpaq bir məzarlıq qədər  daha azaldı - ETİMAD ƏSƏDOVla
Biz orada olmadıqca, biz orada ölmədikcə qəbirlərə atılan torpaq azalır. Bir məzarlıq torpaq qədər.
Bakı Ulitskaya, Federmesser və Jukovanı "qara siyahıya" saldı
Qarabağa səfərindən sonra Ulitskaya, Federmesser və Jurovanın Azərbaycana girişinə qadağa qoyuldu.

Azərbaycan Xarici işlər nazirliyi Svetlana Jurova, Lyudmila Ulitskaya və Nyut Federmesserin Ermənistanın baş nairi Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə Qarabağa səfərindən sonra onları qara siyahıya salıb.
Navalnı azadlıqda-50 gündən sonra

Çıxdım, amma durmayacam. 50 günlük nəzarətdən sonra Navalnının ilk ismarışı belə oldu.
Repçi 50 Cent-dən Nurməhəmmədova böyük təklif
Amerikalı repçi 50 Cent rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun UFC-dən çıxıb Bellator turnirinə keçməsi üçün 2 miyon dollar təklif etdi.

O, "UFC-nin Nurməhəmmədova qarşı özünü düzgün aparmadığını, Markqreqoru fərqli yanaşdığını" və rusiyalı döyüşçü Bellator-a keçməyə razı olarsa, "bu gün" nəğd olaraq 2 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi
Məhkəmə formal olaraq rahibi 3 il həbs cəzasına məhkum etmişdi və o, cəza müddəti başa çatdığı üçün azad edilib. ABŞ prezidenti Donald Tramp pastor Bransonun azad ediləcəyi haqda məlumat verib: O tezliklə evdə olacaq.

Qırğızıstanın XİN başçısı Erlan Abdıldayev istefa verdi
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ölkənin Cənubi Koreyadakı səfirinin bəyanatı fonunda istefa edib. Bu haqa RİA "Novosti" məlumat yayıb.

Ramzan Kadırov Nurməhəmmədova  "Mersedes" hədiyyə etdi-VİDEO
UFC-nin yünğül çəki dərəcəsində qaydasız döyüş üzrə çempionu Həbib Nurməhəmmədov dünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub və Qroznı şəhərinin fəxri vətəndaşı seçilib.
"3,5 min rubla yaşamaq olar" deyən nazir işindən azad edildi
Minimum 3,5 min rubla yaşamağın mümkünlüyünü bəyan edib bunu öz üz üzərində eksperiment etməkdən imtina edən Saratovun Əmək, məşğulluq və miqrasya naziri Natalya Sokolova vəifəsindən azad edildi. Bu haqda RBK-ya region qubernatorluğunun mətbuat xidmətindən məlumat verilib.


Saratovun naziri 3,5 min rubla bir ay yaşamaq olar dedi və...
Saratov vilayəti Əmək və məşğulluq naziri Natalya Sokolova 3,5 min rublun "minimla fiziki tələbat üçün" tam yetərli olduğunu söyləyib. Bu haqda yerli "Obşestvennoe mnenie" ( "İctimai rəy") nəşri onun danışığının videoyazısını təqdim edib.

Sokolova bu deyimi vilayət Dumasının sosial siyasət komitəsinin yığıncağında işləməyən təqaüdçülərin yaşayış minimumunu qaldırmaq məsələsinin müzakirəsi zamanı səsləndirib.

İştirakçılar arasında bir ayda hansı məbləğlə keçinməyin mümkün olması ilə bağlı gərgin mübahisə gedib.

Sokolova "minimal fikziki tələbat üçün" 3,5 min rublun yetərli olması fikri ilə çıxış edib.

Ukrayna  prezident seçkilərində MDB müşahidəçilərindən imtina etdi
Ukrayna tərəfinin 2019-cu il prezident seçkilərində MDB moritorinq qrupu müşahidəçilərinin iştirakından imtina etməsi barədə birliyin idarətmə komitəsinin başçısı Segey Lebedev RİA "Novosti"-yə məlumat verib.

Moskva vilayətinində baş müstəntiq güllələndi
Rusiya DİN Nəqliyyat idarətməsi xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölməsinin müstəntiqi Yevqeniya Şişkina Moskva vilyətinin Krasnoqorski rayonunda evinin qarısındaca güllələnib. Bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəliyinin yetkilisi Olqa Vradiy TASS-a məlumat verib.
Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Tarix : 11-10-2016, 01:47
Türkiyə və Rusiya arasında etibar bərpa olunur-KİV-in reaksiyası
"Türk axını" anlaşması imzalandı, türk meyvə-tərəvəzi Rusiya bazarlarına geri dönür...

Siyasi meydanda maraqları Suriya məsələsində toqquşan Türkiyə bəzi güzəştləri qəbul edir. Bir sözlə, Türkiyə-Rusiya münasibətlərində yeni səhifə-yaxınlaşma Qərbin üz döndərdiyi iki ölkəni yenidən bir araya gətirib. Rusiya KİV-i bu görüşün məqamlarını belə işıqlandırıb.


Rus- türk münasibətlərinin normallaşması prosesinin başlanmasından sonra ilk dəfə RF prezidenti Vladimir Putin Türkiyəyə səfər etdi. İstanbulda keçirilən Beynəlxalq enerji konqresinin işində iştirak etməyə gedən prezident Putinin bu səfərinə mətbuat müxtəlif mövqedən yanaşıb.

"Moskovski Komsomolets" qəzeti Putinin İstanbul səfəri Çerçilin -"Siyasətdə dost və düşmən yoxdur, sadəcə qarşılıqlı maraqlar var"- deyiminin həqiqiliyini bir daha təsdiqlədiyni qeyd edərək, bu görüşün hər iki dövlətin maraqlarına xidmət edəcəyi məqamları sadalayır.

Qəzet Rusiya və Türkiyənin nəinki ideoloji, hətta strateji nöqteyi- nəzərdən Qərbə qarşı müxalif durumda olduğunu yazır. "Hər ikisi müstəqil daxili və xarici siyasət yürütmək iddiasındadırlar və istəyirlər ki, beynəlxalq meydanda onlarla hesablaşsınlar. Hər ikisi iqtisadi problemlər və məhdudiyyətlərlə qarşı-qarşıya qalıb və bunu aşmaq üçün yol axtarırlar".

Kremllə genişmiqyaslı münasibətlərin bərpa edilməsi marağında olan Ankara bəzi gözlənilməz addımlar atmağa hazırdır. Ərdoğan artıq Bəşər Əsədin dərhal istefaya getməsini tələb etmir və güman ki, suriyalı etirazçılara dəstəyini azaltmaq məsələsində də güzəştə gedəcək.

"İzvestiya" qəzeti isə görüşə həsr olunmuş məqaləsində -Rusiya lideri bu səpkili forumlara nadir hallarda gedir və əgər səfər hazırlanırsa, demək əhəmiyyətli xəbərlər gözləməyə dəyər. Belə də oldu-deyə Putinin İstanbulda bir sıra vacib anlaşmalara imza atdığına diqqət yetirib.

"Rusiya prezidenti enerji bazarında sabitliyə nail olmaqdan ötrü neft hasilatını azaltmağa hazir olduğunu bəyan edib və digər neft ixraz edən ölkələri də buna çağırıb. İkinci xəbər isə Moskva və Ankara arasında "Türk axını" qaz kəməri layihəsini reallaşdırmaq qərarının alınmasıdır".

"İzvestiya" Türkiyənın Rusiya prezidentini əsas qonaq kimi qəbul etdiyini və Putinin Rəcəb Tayyib Ərdoğanın yanında oturduğunu qeyd edib. Birinci cərgədə onun yanında Venesuela və Azərbaycan prezidentləri və sadəcə Türkiyə tərəfindən tanınan Şimali Kiprin rəhbəri əyləşiblər.

"Moskovski Komsomolets" isə energetika konqresində iştirakın Putinin imicinə müsbət təsir etmədiyini göstərib. "Plenar iclasda iştirak üçün Türkiyə təfərinin Kosovo liderini çağıracağını eşidəndə rusiyalı diplomatların az qala saçları ağardı. Kollektiv şəkilçəkdirmədə isə Putinlə bir sırada Türkiyə lideri ilə yanaşı tanınmayan Şimalı Kipr prezidentinə də yer hazırlanmışdı"-deyə bunu xal itirmək kimi dəyərləndirir.

Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar "Ulduz" sarayında keçib. Bir neçə saat sürən danışıqlardan sonra "Türk axını" tikintisinin razılaşması sənədi imzalanıb.

Bundan başqa görüşdə iqtisadi-ticari münasibətlər, turizm, müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Rusiya nümayəndə heyətinin tərkibində RF Silahlı Qüvvələri Baş qərargahının rəisinin iştirakı təsadüfi deyil.

Ərdoğan gerçəkləşən görüşün çox əhəməiyyətli olduğunu söyləyib. Tərəflər Suriyada birlikdə hərəkət etməyin mümkünlüyünü də müzakirə ediblər.

Vladimir Putin Türkiyə üçün Rusiya qazının qiymətinin aşağı salınması haqqında da danışıldığını bildirib. Həmçinin Türkiyədən gətirilən qida məhsullarına qoyulan qadağanın hissə-hissə aradan qaldlırılacağı vəd olunub.

Rusiya lideri Moskva və Ankara Suriyada sülhün bərqərar olması tərəfdarıdır və tezliklə siyasi danışıqlar mərhələsinə keçmək, Hələbə humanitar yardım göndərilməsini təşkil etmək lazımdır-deyib.

Rusiya prezidenti əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlığı müxtəlif layihələrlə zənginləşdirmək nəzərdə tutulub.

"Kommersant"ın müxbiri Türkiyə-Rusiya böhranından sonra Putinin bu ölkəyə ilk səfərindən, Beynəlxalq energetika konqresinin gedişatından hazirladığı geniş reportajda bütün detallara bənd-bənd toxunub. Özünün müşahidələrini şərhi ilə rəngləyən "Kommersant" müxbiri bir-biri ilə yenə dost kimi danışan perzidentlər (Putin və Ərdoğanın) arasında " bu gün bu dostluq nə qədər yaxşıdır, nə qədər güclü və möhkəmdir, təbii ki, ilk fürsətdə qırılacaq"-deyə fikrinə şübhəli ahənglə nöqtə qoyub.


Tünzalə Vəliqızı
Yenises.ru





Baxış: 579 | Bölmə: Siyasət, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru